![]()
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı ilə “Gənclər Paytaxtı 2023” çərçivəsində Mingəçevir şəhərinin 75 illiyinə həsr olunan “Energetiklər” forumu keçiriləcək.
Forumun əsas məqsədi şəhərimizdə energetikanın tarixi, energetika ilə bağlı baş verən proseslər, tarixi hadisələr, hazırki vəziyyət və növbəti mərhələ üçün perspektivləri müzakirə etməkdən ibarətdir.
Forumda həmçinin bir sıra qonaqlar: pedaqoji təcrübəyə malik şəxslər, energetika sahəsində yaddaqalan fəaliyyətləri ilə seçilən mütəxəssislər iştirak edəcək. Qonaqlar energetika ilə bağlı ətraflı məlumat verəcək, iştirakçıların suallarını cavablandıracaqlar.
Forum 16 oktyabr, saat 11:00-da Mingəçevir Gənclər Evində baş tutacaq.