veten informasiya agentliyi

Müharibə veteranı icra başçısına görə canına qəsd edəcəyini deyir – Video

Tarix:10-10-2023, 12:35
Baxış Sayı:451

Müharibə veteranı icra başçısına görə canına qəsd edəcəyini deyir – Video


Sosial şəbəkələrdə Vətən müharibəsi iştirakçısı Əzizov Kamil Bafadar oğlunun videomüraciəti yayılıb.
Yeniavaz.com xəbər verir ki, K. Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun onu intihar həddinə çatdırdığını deyir:
“Dövlət qulluğunun müsahibə mərhələsində uğur əldə etmişəm. Dəfələrlə müraciət etmişəm, yersiz bəhanələrlə müraciətimə baxılmayıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısına da müraciət etmişəm. Onlar məni başlarından ediblər. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı məni intihar həddinə çatdırıb”.
O bildirib ki, Azərbaycan Texniki Universitetini bitirib və peşəkar idmançıdır.
K. Əzizov prezidentə və birinci vitse-prezidentə müraciət edərək probleminin həll olunmasını istəyib.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq bildirilib ki, Vətən müharibəsi veteranı Kamil Əzizov icra başçısının qəbulunda dəfələrlə olub:
“Əzizov Kamil Bafadar oğluna maddi yardım edilib və işlə təmin olunub.
Belə ki, 10 iyun 2022-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının səyyar qəbulunda işlə təmin olunmasını xahiş edib. Mənzil Kommunal İstehsalat Birliyinin nəzdində “Küçə İşıqları” idarəsində aparıcı mühəndis vəzifəsinə işə qəbul olunub.
Dünən (9 oktyabr – red.) növbəti dəfə Sumqayıt Şəhər İcra Hakimiyyətində olub, öz istəyi ilə işdən çıxmaq istədiyini bildirib. Hal-hazırda da Sumqayıt Şəhər İcra Hakimiyyətində müraciəti dinlənilir”.

Fransa yanır, Makronun əlacı kəsildi - Avropa Birliyindən kömək istədi
Fransa yanır, Makronun əlacı kəsildi - Avropa Birliyindən kömək istədi
Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?
Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?
Binədə yol qəzası: 22 nəfər xəsarət aldı
Binədə yol qəzası: 22 nəfər xəsarət aldı
Bu ərazilərdə yeni dəmiryol xətti çəkiləcək
Bu ərazilərdə yeni dəmiryol xətti çəkiləcək
Şirvanda dizinə antibiotik iynəsi vuran kişi öldü
Şirvanda dizinə antibiotik iynəsi vuran kişi öldü
"Mercedes"in satışı ABŞ-də qadağan olunacaq?
BMW 318 mindən çox avtomobili geri çağırır
BMW 318 mindən çox avtomobili geri çağırır
FHN-dən hava ilə bağlı xəbərdarlıq - Diqqətli olun
FHN-dən hava ilə bağlı xəbərdarlıq - Diqqətli olun