![]()
Direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçiriləcək
Avqustun 17-də şagird sayı 500-dək olan məktəblərə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək.
Müsahibə mərhələsinə müsabiqənin test imtahan mərhələsində uğur qazanmış 7 namizəd və şagird sayı 0-150 olan məktəblər üzrə müraciət edən 12 namizəd dəvət ediləcək.
Qeyd edək ki, müsahibələr Dağlıq Şirvan Regional Təhsil İdarəsinin (Şamaxı şəhəri, Şəhriyar küçəsi 21) inzibati binasında keçiriləcək.
Müsahibə mərhələsində ümumi olaraq direktorluq üçün zəruri olan texniki biliklər, yumşaq bacarıqlar və liderlik keyfiyyətləri yoxlanılır.
Müsahibənin keçirilmə vaxtı və saatı ilə əlaqədar namizədlərin mobil nömrələrinə sms bildirişləri göndəriləcək.