veten informasiya agentliyi

Alimlərdən aclığa səbəb ola biləcək ekstremal istilər barədə XƏBƏRDARLIQ

Tarix:23-06-2026, 07:21
Baxış Sayı:46

Alimlərdən aclığa səbəb ola biləcək ekstremal istilər barədə XƏBƏRDARLIQ

Alimlər dünyanın bir sıra regionlarında ərzaq təhlükəsizliyinə və əhalinin sağlamlığına ciddi təhlükə yarada biləcək "El-Ninyo" iqlim hadisəsinin yenidən baş verməsindən narahatdırlar.

Bu barədə "The Guardian" məlumat yazıb.

Araşdırmalar göstərir ki, Efiopiyada malyariya xəstəliyinin yayılması ilə "El-Ninyo" arasında birbaşa əlaqə var. Alim Voyessa bildirib ki, iqlim dəyişikliyinin fəsadlarını minimuma endirmək üçün əhalinin ərzaqla təminatı həlledici rol oynayır. Onun sözlərinə görə, ərzaq tədarükündə yaranan fasilələr xüsusilə həssas qrupdan olan insanların vəziyyətini daha da ağırlaşdırır.

ABŞ-nin Okean və Atmosfer Tədqiqatları Milli İdarəsinin (NOAA) proqnozuna görə, "El-Ninyo"nun ilin sonuna qədər pik həddə çatması ehtimalı 63%-dir. Avstraliya Meteorologiya Bürosu da ekstremal istilərin güclənəcəyi və meşə yanğınlarının artacağı barədə xəbərdarlıq edib.

Mütəxəssislər xatırladırlar ki, "El-Ninyo" əvvəlki illərdə bir çox regionda ağır iqtisadi və humanitar böhranlara səbəb olub. Bu il gözlənilən kəskin temperatur fərqlərinə əsaslanan bəzi alimlər isə bu təbiət hadisəsini qeyri-rəsmi olaraq "super El-Ninyo" adlandırırlar.

Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
Metroya 302 milyon dollar kredit ayrıldı
Metroya 302 milyon dollar kredit ayrıldı
Tramp Rusiyanın İrana da kömək etmədiyinə inanır - Ağ Evdə nə baş verir?
Tramp Rusiyanın İrana da kömək etmədiyinə inanır - Ağ Evdə nə baş verir?
Yol polisi xəbərdarlıq etdi
Yol polisi xəbərdarlıq etdi
Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar