veten informasiya agentliyi

Təbii qazı tarixə qovuşduranv ixtira: Ev hamam kimi isinir, xərc yarıbayarı azalır

Tarix:18-10-2025, 11:12
Baxış Sayı:107

 Təbii qazı tarixə qovuşduranv ixtira: Ev hamam kimi isinir, xərc yarıbayarı azalır

Qış mövsümünün başlaması ilə kombilərin istifadəsi artıb. Təbii qaz xərclərini azaltmaq istəyənlər alternativ üsullar axtarmağa başlayıb. Bu isə 2017-ci ildə təbii qazsız işləyən kombi sistemini yenidən gündəmə gətirib. Söhbət Ankarada bir ixtiraçı tərəfindən hazırlanmış xüsusi isitmə sistemindən gedir.

Ankaralı ixtiraçı Bülent Çakı tərəfindən hazırlanmış bu sistemdə fosil yanacaqdan istifadə edilmir. Elektrik yalnız cihazın mühərrikini işlətmək üçün sərf olunur - suyun isinməsi üçün birbaşa enerji xərclənmir. Bunun əvəzinə sistemə daxil olan suyun konyalent quruluşu dəyişdirilərək kimyəvi reaksiya yaradılır və nəticədə yüksək istilik enerjisi ortaya çıxır.

Yaranan istilik sayəsində evin qızdırıcı xəttindəki su 50-55 °C-ə qədər qızdırılır. Təbii qaz istifadə olunmadığı üçün xərclər əhəmiyyətli dərəcədə azalır.

Sistem baca qazı yaratmadığı üçün karbon emissiyası sıfırdır və zəhərlənmə riski mövcud deyil. Gələcək mərhələdə cihazın yaratdığı istilik enerjisi turbindən keçirilməklə elektrik enerjisinə çevriləcək. Beləliklə, cihaz öz enerji ehtiyacını ödəməklə yanaşı, artıq qalan enerjini də şəbəkəyə ötürə biləcək.

2017-ci ildə Bülent Çakının verdiyi məlumata görə, həmin dövrdə 100 kvadratmetrlik izolyasiyalı bir evdə qaz sərfi 400 lirə civarında idi. Yeni sistem isə bu xərcin yarıya enə biləcəyini vəd edir.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş