veten informasiya agentliyi

Xərçənglə mübarizədə yeni ümid: Alimlərdən inanılmaz üsul

Tarix:19-09-2025, 10:05
Baxış Sayı:114

 Xərçənglə mübarizədə yeni ümid: Alimlərdən inanılmaz üsul

Pittsburq Universitetinin alimlərinin fikrincə, şişlərin daxilindəki aqressiv mühit - aşağı oksigen səviyyəsi və yüksək turşuluq xərçənglə mübarizə aparmalı olan T immun hüceyrələrini zəiflədir.

Araşdırmanın nəticələri "Immunity" jurnalında dərc olunub.

Tədqiqatçılar aşkar ediblər ki, şiş mühitinin T hüceyrələrinin mitoxondrilərində (enerji stansiyaları) yaratdığı stres, oksigenin aktiv formalarının ifrazına səbəb olur. Bu molekullar xromosomların uclarında yerləşən qoruyucu bölgələri olan telomerləri zədələyir və nəticədə T hüceyrələri xərçəng hüceyrələrini məhvetmə qabiliyyətini itirir.

Mexanizmin işləmə prinsiplərini yoxlamaq üçün komanda siçanlar üzərində təcrübələr aparıb. Uzaq qırmızı işığa məruz qaldıqda, bu heyvanların mitoxondriləri zədələnib. Nəticə eyni olub: T hüceyrələri aktivliyini itirib. Bu, mitoxondriya və telomerlər arasında sıx əlaqə olduğunu göstərib.

T hüceyrələrinin funksiyasını bərpa etmək üçün alimlər yalnız telomerləri hədəf alan, seçici antioksidant molekul hazırlayıblar. Bu molekullarla modifikasiya edilmiş T hüceyrələr şişlərlə effektiv mübarizə aparmaq qabiliyyətini bərpa edib. Melanomadan əziyyət çəkən siçanlar üzərində aparılan təcrübələrdə bu hüceyrələr heyvanların sağ qalmasını əhəmiyyətli dərəcədə artırıb və şişin ölçüsünü azaldıb.

Komanda hazırda bu texnologiyanı insanlarda tətbiq etmək üçün uyğunlaşdırmağa çalışır. Metodika CAR-T immunoterapiyası çərçivəsində istifadə üçün nəzərdə tutulur: xəstənin T hüceyrələri bədəndən kənarda modifikasiya edilir və şişlərlə mübarizə üçün yenidən bədənə qaytarılır. Yeni üsul, xüsusilə normal T hüceyrələrinin tez tükəndiyi aqressiv şiş mühitində immunoterapiyanın effektivliyini artıra bilər.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu