veten informasiya agentliyi

Bu məhsul 50 yaşdan sonra infarkt və insult riskini artırır

Tarix:6-09-2025, 11:04
Baxış Sayı:121

 Bu məhsul 50 yaşdan sonra infarkt və insult riskini artırır

Bu məşhur məhsul orqanizmdə iltihabı gücləndirir və 2-ci tip diabet riskini artırır.




Niyə qidalanma önəmlidir?




Ürək xəstəlikləri hələ də ən geniş yayılmış və təhlükəli problemlərdən biridir. Həkimlər bildirirlər ki, riskləri azaltmaq üçün qidalanmaya, çəkiyə, fiziki aktivliyə nəzarət etmək, həmçinin siqaret və alkoqoldan imtina etmək vacibdir. Amma təsir edə bilmədiyimiz amillər də var məsələn, yaş. Buna görə də nəzarət edə biləcəyimiz vərdişlər xüsusilə önəmlidir. Kardioloqların fikrincə, 50 yaşdan sonra pəhrizdə qırmızı ətin miqdarını azaltmaq lazımdır.




Qırmızı ət niyə təhlükəlidir?




"Steyk çoxlu doymuş yağ ehtiva edir və xolesterin səviyyəsini yüksəldir". Yüksək "pis" xolesterin damarlarda lövhəciklərin yaranmasına və infarkt, insult riskinin artmasına səbəb olur.




Dr. Chen isə əlavə edir ki:




"Steyk orqanizmdə iltihabı gücləndirə bilər, bu da ürək-damar xəstəlikləri və 2-ci tip diabet riskini artırır". Bundan başqa, yağlı ət parçaları artıq çəkiyə səbəb ola bilər və bu da ürəyə əlavə yük yaradır.




50 yaşdan sonra hansı qida daha yaxşıdır?




Dr. Chen tövsiyə edir:




Balıq (məsələn, qızılbalıq);




Bitki mənşəli zülak mənbələri paxlalılar, mərcimək, qoz-fındıq. Bu məhsullar doymuş yağ ehtiva etmir və liflə zəngindir.




Tamamilə steykdən imtina etmək məcburi deyil. Dr. Behuriya bildirir:




"Bəzən, xüsusi hallarda steyk yemək olar, amma o, gündəlik rasionun bir hissəsi olmamalıdır". 50 yaşdan sonra sağlam ürək üçün əsas qayda qırmızı ət və doymuş yağları minimuma endirmək, balıq və bitki mənşəli qidaları artırmaq, aktiv həyat tərzi saxlamaqdır.

DİM I və IV qruplara qəbul imtahanı keçirir
DİM I və IV qruplara qəbul imtahanı keçirir
Zaqatalada qəza: İki nəfər yaralandı
Zaqatalada qəza: İki nəfər yaralandı
Güləşçimiz Hacı Kərimov Avropa çempionu oldu
Güləşçimiz Hacı Kərimov Avropa çempionu oldu
Tovuz döyüşlərindən 6 il ötür
Tovuz döyüşlərindən 6 il ötür
Qətər raket hücumunu dəf etdi
Qətər raket hücumunu dəf etdi
Kiyevə ballistik raketlərlə hücum - Yaralılar var
Kiyevə ballistik raketlərlə hücum - Yaralılar var
847 milyonluq layihə - PUA-lara qarşı lazer silahı hazırlanır
847 milyonluq layihə - PUA-lara qarşı lazer silahı hazırlanır
Moldovada yeni qarşıdurma xətti - Rusiya nə istəyir?
Moldovada yeni qarşıdurma xətti - Rusiya nə istəyir?