veten informasiya agentliyi

Məşhur siam əkizlərinin övladı oldu

Tarix:6-09-2025, 11:01
Baxış Sayı:101

 Məşhur siam əkizlərinin övladı oldu

Dünyanın ən məşhur siam əkizlərinin övladı olub.

Keçmiş reallıq şou ulduzları olan məşhur siyam əkizləri 35 yaşlı Abby və Brittany Hensel, yeni körpələri ilə birlikdə ikinci dəfə ictimaiyyət qarşısında görünüblər. Onlar 27 avqustda işlədikləri məktəbin yaxınlığında avtomobil oturacağında körpəni daşıyarkən görüntüləniblər.

Əkizlərdən heç biri - nə Abby, nə də Brittany, həmçinin Abby-nin həyat yoldaşı Josh Bowling - uşağın kimliyi barədə ictimai açıqlama verməyib. Onlar PEOPLE jurnalının sorğularına da cavab verməyiblər.

Abby və Bowling 2021-ci ildə evləniblər, lakin bu xəbər yalnız 2024-cü ilin martında mediaya sızıb. Toy sənədlərini Today proqramı ortaya çıxarmışdı. Evlilikdən sonra Abby, Bowling-in əvvəlki nikahından olan qızı Isabellaya ögey ana olub.

Minnesota əsilli Abby və Brittany Hensel - bədəndə ortaq, lakin iki başa malik "dicephalic parapagus" tipli siyam əkizləridir. Hazırda onlar 5-ci sinif müəllimləri kimi fəaliyyət göstərirlər.

Hazırda uşağın onların özləri tərəfindən, yoxsa surroqat ana vasitəsilə dünyaya gəldiyi müzakirə edilir. 

Məlumata görə, siam əkizləri həmişə övlad sahibi olmağı arzulayıblar. Sağ tərəfi idarə edən Ebigeyl 2021-ci ildə ABŞ ordusunun veteranı ilə ailə qurub. Qeyd edək ki, bacıların iki ürəyi, dörd ağciyəri olsa da reproduktiv sistemləri ortaqdır.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu