veten informasiya agentliyi

Sabah 19:28-də başlayacaq, 82 dəqiqə davam edəcək

Tarix:6-09-2025, 11:01
Baxış Sayı:104

 Sabah 19:28-də başlayacaq, 82 dəqiqə davam edəcək

7 sentyabrda cari ilin ikinci və son Ay tutulması olacaq.

Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının "İnformasiya Təminatı və İctimaiyyətlə Əlaqələr" şöbəsindən məlumat verilib.

Məlumata görə, bu tutulma da ilin ilk Ay tutulması hadisəsi kimi tam Ay tutulmasıdır.

Tutulma əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı və Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq. Tutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayacaq və 8 sentyabr saat 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam edəcək.

Azərbaycanda da müşahidə olunacaq tutulma ümümilikdə 5 saatdan artıq bir vaxt bölümünü əhatə etsə də, yalnız tam ay tutulmsında müşahidə olunan "Qanlı Ay"ı  saat 21:30 - 22:52 aralığında izləmək mümkün olacaq. Tam tutulma zamanı Yerin atmosferindən keçən qırmızı dalğa uzunluqlu şüalar Ayın səthinə çatdığından o qırmızımtıl çalarda görünəcək. Bu hal həmçinin Günəş üfüqdə olanda da baş verdiyi üçün sübh və qürub çağı qırmızıltıl çalarlarda olur.

Qeyd edək ki, sentyabrın 21-i isə 2025-ci ilin son tutulma hadisəsi baş verəcək. Bu tutulma qismən Günəş tutulmasıdır və Azərbaycandan müşahidə olunmayacaq.

Ay və Günəş tutulmalarının müşahidə olunmasının səbəbi Yerlə Ayın orbitlərinin müstəvilərinin demək olar ki, eyni bir  müstəvidə yerləşməsi və Ayla Günəşin disklərinin səmada ölçülərinin eyni olmasıdır. Onlar bir düz xətt üzrə düzülərkən tutulmalar müşahidə olunur. Tutulmanın tam və ya qismən olması isə göy cisimlərinin konfiqurasiyası və müşahidəçinin mövqeyindən asılı olur. Çünki tutulmalar Ay və Yerin orbitlərin kəsişmə nöqtələri (düyün nöqtələri) və ətrafında müşahidə olunur. Kəsişmə nöqtəsindən uzaqlaşdıqca Ay və Günəşin disklərinin örtülməsi faizi də azalır. Yerdəki müşahidəçi isə kölgənin mərkəzində yerləşərsə tam, kölgənin kənarlarına doğru qismən, yarımkölgədə isə yarımkölgəli tutulmanı izləmiş olur.

DİM I və IV qruplara qəbul imtahanı keçirir
DİM I və IV qruplara qəbul imtahanı keçirir
Zaqatalada qəza: İki nəfər yaralandı
Zaqatalada qəza: İki nəfər yaralandı
Güləşçimiz Hacı Kərimov Avropa çempionu oldu
Güləşçimiz Hacı Kərimov Avropa çempionu oldu
Tovuz döyüşlərindən 6 il ötür
Tovuz döyüşlərindən 6 il ötür
Qətər raket hücumunu dəf etdi
Qətər raket hücumunu dəf etdi
Kiyevə ballistik raketlərlə hücum - Yaralılar var
Kiyevə ballistik raketlərlə hücum - Yaralılar var
847 milyonluq layihə - PUA-lara qarşı lazer silahı hazırlanır
847 milyonluq layihə - PUA-lara qarşı lazer silahı hazırlanır
Moldovada yeni qarşıdurma xətti - Rusiya nə istəyir?
Moldovada yeni qarşıdurma xətti - Rusiya nə istəyir?