veten informasiya agentliyi

ABŞ süni intellektin inkişafı üçün enerji təminatının artırılması planlaşdırır

Tarix:28-06-2025, 21:56
Baxış Sayı:162

ABŞ süni intellektin inkişafı üçün enerji təminatının artırılması planlaşdırırVaşinqton administrasiyası süni intellektin (Al) inkişafını təmin etmək məqsədilə ölkədə enerji təminatını artırmağa yönəlmiş bir sıra icra sərəncamları üzərində işləyir. 

Bu barədə "Reuters" agentliyi administrasiyaya yaxın dörd mənbəyə istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Tramp administrasiyası Al texnologiyalarının genişlənməsi üçün lazım olan enerji infrastrukturunun gücləndirilməsi məqsədilə yeni tədbirlər paketi hazırlayır.

Agentliyin əldə etdiyi məlumata əsasən, proqram çərçivəsində yeni enerji bloklarının elektrik şəbəkələrinə qoşulma prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, federal torpaqların yeni məlumat mərkəzlərinin (data-center) tikintisi üçün ayrılması planlaşdırılır.

Təşəbbüsə diqqət çəkmək üçün administrasiya bir sıra ictimai tədbirlər keçirməyi planlaşdırır. Artıq 23 iyulda Al sahəsində genişləndirmə üzrə fəaliyyət planı ictimaiyyətə təqdim ediləcək.

Qeyd olunur ki, bu təşəbbüs ABŞ-da süni intellektin iqtisadi və hərbi sahələrdə üstünlüyünü möhkəmləndirmək üçün vacib addım kimi qiymətləndirilir.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş