veten informasiya agentliyi

Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq

Tarix:8-06-2025, 12:56
Baxış Sayı:152

Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaqDünyanın müxtəlif hadisələri ilə bağlı dəqiq proqnozları ilə tanınan bolqar mənşəli kor falçı Vanqanın 2025-ci ilə dair verdiyi növbəti proqnoz müzakirələrə səbəb olub.

1996-cı ildə vəfat edən Vanqa indiyə qədər 11 Sentyabr terror hücumları, Koronavirus pandemiyası və Barak Obamanın ABŞ prezidenti seçilməsi kimi hadisələri əvvəlcədən bildiyi iddiası ilə gündəmdə qalıb. Yeni iddiaya görə, o, 2025-ci ildə baş tutacaq böyük bir idman tədbiri zamanı bəşəriyyətin ilk dəfə olaraq yadplanetli varlıqlarla təmas quracağını bildirib.

Falçının sözlərinə əsasən, həmin tədbir zamanı göy üzündə qeyri-adi bir işıq peyda olacaq və bu işıq dünyanın müxtəlif yerlərindən görünəcək. Vanqanın vizyonunda, bu an UFO-nun (naməlum uçan obyektin) görünməsi ilə müşayiət olunacaq və bəşəriyyət ilk dəfə olaraq Yer kürəsindənkənar canlılarla üz-üzə gələcək.

Hadisənin hansı ölkədə və ya hansı idman tədbiri çərçivəsində baş verəcəyi ilə bağlı konkret məlumat olmasa da, bəzi versiyalara görə, bu parlaq işıq meteor yağışı, Şimal işıqları və ya 3 min işıq ili uzaqlıqdakı T Coronae Borealis adlı ulduzun partlaması - supernova - ilə əlaqəli ola bilər.

Qeyd edək ki, daha əvvəl bəzi sosial media istifadəçiləri bu hadisənin ABŞ-da keçirilən və dünyanın ən çox izlənilən idman tədbirlərindən biri olan "Super Bowl" zamanı baş verəcəyini ehtimal edirdilər. Lakin həmin tədbir zamanı gözlənilən heç bir qeyri-adi hadisə müşahidə olunmayıb.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş