veten informasiya agentliyi

Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?

Tarix:2-06-2025, 16:00
Baxış Sayı:144

Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?“Ukraynanın Rusiyanın dərinliklərində yerləşən 5 strateji bazaya qarşı həyata keçirdiyi dağıdıcı əməliyyatın xüsusi məqsədi var”.

Bunu terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar bildirib.

Onun sözlərinə görə, Ukraynanın məqsədi Rusiyanın əsas döyüş maşınlarını vurmaq, hava hücumundan müdafiə və kəşfiyyat infrastrukturunun zəifliklərini aşkar etmək, onları atəşkəs və sülh bağlamağa məcbur etmək və bunlardan faydalanmaq ola bilər.

Ağar qeyd edib ki, Ukraynanın hədəfi təkcə Rusiyanın əməliyyat gücünə və prestij dəyərlərinə zərər vurmaq deyil, məsələnin başqa çox ciddi tərəfi də var:

“Bu məsələ qlobal nüvə terroru balansının pisləşməsi, rusların nüvə doktrinasının təzyiq altında qalması və Rusiyanın nüvə hücumu mühitinin formalaşmasına qarşı gəlir. Ukraynanın hücumlarında təkcə Rusiyanın dörd hava bazası deyil, həm də sualtı qayıqlarının yerləşdiyi Murmansk vilayətindəki Severomorsk Rusiya Şimal Dəniz Donanmasının əsas bazası vurulub. Bu vəziyyət qlobal miqyasda çox ciddi qeyri-müəyyənliyə gətirib çıxarır.

Rusların nüvə imkanları daxilində nə qədər zərər çəkdiyini və bu hücumları necə qəbul edəcəklərini bilmirik. Onların qlobal geosiyasi güclərini və nüfuzlarını hədəf alan belə bir hücum sistemi qarşısında nə edəcəkləri bəlli deyil. Moskvanın nüvə doktrinası kritik hökumət və ya hərbi infrastruktura hücum edildiyi, nüvə qüvvələrinin fəaliyyətinin pozulduğu və ya cavab vermə qabiliyyətinin təhdid edildiyi halda nüvə reaksiyasını nəzərdə tutur”.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya arxa cəbhəsində düşmənə məxsus bombardmançı aviasiyanın məhv edilməsi üzrə genişmiqyaslı xüsusi əməliyyat həyata keçirib. “Veb” adlandırılan unikal xüsusi əməliyyatda 41 Rusiya strateji aviasiya təyyarəsi məhv edilib.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş