veten informasiya agentliyi

Freddi Merkyuri və COVID-i proqnozlaşdıran ekstrasensdən QORXUNC XƏBƏRDARLIQ

Tarix:4-05-2025, 10:26
Baxış Sayı:144

Freddi Merkyuri və COVID-i proqnozlaşdıran ekstrasensdən QORXUNC XƏBƏRDARLIQYaponiyanın məşhur ekstrasensi və manqa rəssamı Ryo Tatsuki - mediada "Yapon Baba Vanqa" adlandırılan şəxs - 2025-ci ilin iyulunda baş verə biləcək dağıdıcı təbii fəlakətlə bağlı xəbərdarlıq edib.

Tatsuki ölkəsinin cənub hissəsində okeanın "qaynadığını" gördüyünü və bu görüntünün sunami ilə əlaqəli olduğunu bildirib.

Onun dediyinə görə, Tayvan, İndoneziya və Şimali Mariana adaları da daxil olmaqla bir sıra Asiya ölkələri meqasunamidən təsirlənə bilər.

Görücü təsir zonasını "almaz formasında əhatə olunan ərazi" kimi təsvir edib və yuxularında "əjdahaya bənzər fiqurlar" gördüyünü qeyd edib.

Tatsuki daha əvvəl bir çox mühüm hadisələri - Freddi Merkürinin və şahzadə Diananın ölümü, 1995-ci il Kobe zəlzələsi və COVID-19 pandemiyası da daxil olmaqla - əvvəlcədən proqnozlaşdırmaqla tanınıb. Onun 1999-cu ildə nəşr olunan "Gördüyüm gələcək" adlı kitabındakı proqnozlarının bir neçəsi zamanla doğrulanıb.

Qeyd edək ki, Yaponiya Sakit okeanın "Atəş halqası" adlanan seysmik aktiv bölgəsində yerləşdiyi üçün tez-tez güclü zəlzələlər və sunami təhlükəsi ilə üzləşir. Elmi mütəxəssislər Tatsukinin iddialarını qeyri-elmi saysalar da, təsvir edilən bölgədə belə bir meqazəlzələnin ehtimalını mümkünsüz hesab etmirlər.

Yanvar ayında Yaponiyanın hökumət qurumları da yaxın 30 il ərzində güclü zəlzələ ehtimalını 80 faizdən çox qiymətləndirib və potensial iqtisadi ziyanın 1,8 trilyon dolları keçə biləcəyi bildirilib.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş