veten informasiya agentliyi

Moskva bu dəfə İrəvana erməni vasitəsilə xəbərdarlıq etdi: Aqibətiniz yaxşı olmayacaq

Tarix:1-05-2025, 10:09
Baxış Sayı:167

Moskva bu dəfə İrəvana erməni vasitəsilə xəbərdarlıq etdi: Aqibətiniz yaxşı olmayacaqErmənistan Aİİ-dən çıxmaq qərarına gəlsə, ciddi iqtisadi nəticələrlə üzləşəcək, çünki respublikanın hazırkı rəhbərliyinin yaxınlaşmaq istədiyi Avropa İttifaqı bu itkiləri kompensasiya edə bilməyəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mikael Ağasandyan deyib. Agentlik diplomatın sözlərindən sitat gətirib: "Avropa İttifaqı Ermənistan iqtisadiyyatına dəyəcək qaçılmaz itkiləri kompensasiya edə bilməyəcək".

Ağasandyan onu da xatırladıb ki, Rusiya dəfələrlə Ermənistanın iki kresloda otura - həm Aİİ, həm də Aİ-nin üzvü ola bilməyəcəyini bildirib. Bu, iki assosiasiyada müəyyən edilmiş normaların uyğunsuzluğu ilə bağlıdır. Eyni zamanda, diplomat əlavə edib ki, İrəvan bunun nəticələrindən xəbərdardır.

Daha əvvəl Rusiya baş nazirinin müavini Aleksey Overçukun sözlərinə görə, Ermənistan Aİİ-nin bir hissəsi kimi bir sıra imtiyaz və üstünlüklərə malikdir. İttifaqdan çıxacağı təqdirdə bu, ölkənin iqtisadi vəziyyətinə güclü təsir göstərəcək.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş