veten informasiya agentliyi

İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak edir

Tarix:3-09-2018, 09:58
Baxış Sayı:321

İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak edir















Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovu, Macarıstanın Baş naziri Viktor Orbanı qarşılayıb.

Dövlət və hökumət başçıları Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzinin ərazisini gəzdilər, burada açıq havada nümayiş etdirilən, qırğız xalqının görkəmli şəxsiyyətlərinin abidələrinə, eləcə də bu ölkənin tarixini, mədəniyyətini əks etdirən abidələrə baxıblar.
Sonra birgə foto çəkdirilib.

Sammitin açılışında çıxış edən TDƏŞ-in hazırkı sədri, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Qırğız Respublikasının Prezidentinə minnətdarlığını bildirib. Prezident Nursultan Nazarbayev deyib ki, VI Sammitdə Özbəkistan və Macarıstanın da iştirak etməsi təşkilatın fəaliyyətinin genişlənməsinin və həmrəyliyin gücləndirilməsinin göstəricisidir. Türk Şurasının fəaliyyətinin güclənməsi ortaya çıxan hədəflərə nail olunmasına mühüm töhfə verəcək.

Sonra Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət və hökumət başçıları çıxış ediblər.

Sammit işini davam etdirir.

Zəngəzur dəhlizindən necə keçəcəyik? – Əliyevin şərti, Paşinyanın şərhi
Zəngəzur dəhlizindən necə keçəcəyik? – Əliyevin şərti, Paşinyanın şərhi
Ərdoğan onu Ermənistana göndərir: İrəvandan nələr tələb olunacaq?
Ərdoğan onu Ermənistana göndərir: İrəvandan nələr tələb olunacaq?
Xocavənd və Xocalıya köç karvanı yola salındı
Xocavənd və Xocalıya köç karvanı yola salındı
İstanbulda böyük əməliyyat: “Habertürk” və “Show TV”-yə əl qoyuldu
İstanbulda böyük əməliyyat: “Habertürk” və “Show TV”-yə əl qoyuldu
2027-ci ilin ÇL finalı harada keçiləcək? - Bakı, yoxsa Madrid?
2027-ci ilin ÇL finalı harada keçiləcək? - Bakı, yoxsa Madrid?
BMT-də Azərbaycanın bəyanatı səsləndirildi
BMT-də Azərbaycanın bəyanatı səsləndirildi
Qətəri vuran qırıcılar görün haradan havaya qalxıb: Doha hücumu ilə bağlı ŞOK FAKT
Qətəri vuran qırıcılar görün haradan havaya qalxıb: Doha hücumu ilə bağlı ŞOK FAKT
Bakıda qızılın qiyməti rekord həddə BAHALAŞDI
Bakıda qızılın qiyməti rekord həddə BAHALAŞDI