veten informasiya agentliyi

Bakıda qızılın qiyməti rekord həddə BAHALAŞDI

Tarix:11-09-2025, 10:15
Baxış Sayı:193

 Bakıda qızılın qiyməti rekord həddə BAHALAŞDI

Bakıda qızıl bazarında qiymətlər son illərin ən yüksək həddinə çatıb.

Paytaxtda qızıl satışı ilə məşğul olan zərgər Aqil İsmayılov bildirib ki, hazırda 585 əyar (Türk qızılı) 140–145 manat, 750 əyar (İtalyan qızılı) isə 171–190 manat arasında dəyişir.

Onun sözlərinə görə, qiymətlərin rekord həddə qalxması alıcılığa ciddi təsir edib:
"Qızılın qiyməti indiyədək görünməmiş səviyyəyə yüksəlib. Buna görə də alıcıların sayı azalıb. İnsanlar daha çox baxır, maraqlanır, amma alış etməyə tərəddüd edirlər. Satış həcmi əvvəlki illərlə müqayisədə xeyli zəifləyib."

Zərgər əlavə edib ki, qızıl ənənəvi olaraq həm bəzək, həm də sərmayə vasitəsi kimi alınsa da, bahalaşma fonunda alıcılar əsasən kiçik qramajlı zinət əşyalarına üstünlük verirlər.

Qeyd edək ki, dünya bazarında da qızılın qiyməti artmaqda davam edir. Bu isə Azərbaycandakı daxili bazara birbaşa təsir göstərir.

Bakıda 70 yaşlı qadın saxlanıldı
Bakıda 70 yaşlı qadın saxlanıldı
Ötən həftə 11 nəfərin meyiti tapıldı - FHN
Ötən həftə 11 nəfərin meyiti tapıldı - FHN
7 il əvvəl itkin düşmüş şəxs qəsdən öldürülübmüş
7 il əvvəl itkin düşmüş şəxs qəsdən öldürülübmüş
Bu şəxslərə ödəniş ediləcək - SƏBƏB AÇIQLANDI
Bu şəxslərə ödəniş ediləcək - SƏBƏB AÇIQLANDI
Polis 15 kiloqram narkotik vasitə aşkarladı
Polis 15 kiloqram narkotik vasitə aşkarladı
Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
Türkiyədə güclü zəlzələ: Bu bölgə ilə bağlı xəbərdarlıq edildi
Türkiyədə güclü zəlzələ: Bu bölgə ilə bağlı xəbərdarlıq edildi
DSMF 8 ayda 1,1 milyon şəxsə 1,5 milyard manat ödəyib
DSMF 8 ayda 1,1 milyon şəxsə 1,5 milyard manat ödəyib