veten informasiya agentliyi

BMT-də Azərbaycanın bəyanatı səsləndirildi

Tarix:11-09-2025, 10:17
Baxış Sayı:130

 BMT-də Azərbaycanın bəyanatı səsləndirildi


BMT İnsan Hüquqları Şurasının 60-cı sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub.

Məlumatı Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi "X" sosial şəbəkəsində yayıb.

Bəyanatda vurğulanıb ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa, yenidənqurma və şəhərsalma işləri həyata keçirir.

"Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində sosial xidmətlər şəbəkəsinin qurulması, infrastrukturun inkişafı, mənzil və məşğulluq imkanlarının yaradılması, eləcə də qayıdan keçmiş məcburi köçkünlər üçün səhiyyə və təhsil xidmətlərinin təmin olunması istiqamətində addımlar atılır. Artıq 50 mindən çox insan doğma yurdlarına geri dönüb", – bəyanatda qeyd olunub.

Sənəddə həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesində mühüm nəticələrin əldə edildiyi vurğulanıb. Bu kontekstdə 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri və ABŞ Prezidentinin iştirakı ilə Birgə Bəyannamənin imzalanması xüsusi qeyd edilib.

"Birgə Bəyannamədə iki ölkə arasında nəqliyyat və kommunikasiya xətlərinin açılması öhdəliyi nəzərdə tutulur. Bu addım təkcə regiona deyil, daha geniş coğrafiyaya fayda verəcək. Bundan başqa, Azərbaycan və Ermənistan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsini də paraflayıb. Bu sənəd mehriban qonşuluq əlaqələrinin əsasını müəyyən edir. Biz üzv dövlətləri bu səylərə dəstək verməyə çağırırıq", – bəyanatda bildirilib.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir