veten informasiya agentliyi

Bakıda avtobus sürücüsünün özbaşınalığı - Marşrutdan çıxdı, sərnişinləri yola atdı

Tarix:28-03-2017, 14:51
Baxış Sayı:689

Bakıda avtobus sürücüsünün özbaşınalığı - Marşrutdan çıxdı, sərnişinləri yola atdı















Bakıda avtobus sürücülərinin hədsiz özbaşınalıqları bitmir ki, bitmir.

Bu gün - martın 28-də 77 saylı marşrut üzrə hərəkət edən 90-TD-383 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü bütün hüquq və etik qaydaları pozaraq özbaşınalığa yol verib.

Yeni Yasamaldakı ilk dayanacağından saat 08:24-da çıxan bu avtobusun sürücüsü sərnişinləri son dayanacağa çatdırmaqdan imtina edərək, onları yarıyolda düşürüb. N.Nərimanov heykəlindən Mehdi Hüseyn küçəsinə doğru hərəkətdə olarkən üzü metronun "İçərişəhər" stansiyasına doğru yolda hərəkətin intensivliyini və nəqliyyatın asta hərəkətini görən sürücü bunu tıxac kimi qələmə verib. Daha sonra saat 9:10-da avtobusu "Teleteatr"ın binasının qarşısındakı dörd yol ayrıcındaca saxlayan sürücü sərnişinlərin həyatını təhlükə altına ataraq onları elə oradaca, yolun ortasında enməyə məcbur edib. Sərnişinlərin buna etiraz etməsinə baxmayaraq, sürücü dediyindən dönməyib və marşrut xəttindən çıxaraq avtobusu üzü Şəhidlər Xiyabanı istiqamətində sürüb.

Qeyd edək ki, eyni anda həmin yolda digər marşrutlar üzrə hərəkət edən avobuslar da olub, amma onlar tıxac bəhanəsi ilə sərnişinləri yarıyolda atmayıb, yoluna davam ediblər.
///Milli.az

Zəngəzur dəhlizindən necə keçəcəyik? – Əliyevin şərti, Paşinyanın şərhi
Zəngəzur dəhlizindən necə keçəcəyik? – Əliyevin şərti, Paşinyanın şərhi
Ərdoğan onu Ermənistana göndərir: İrəvandan nələr tələb olunacaq?
Ərdoğan onu Ermənistana göndərir: İrəvandan nələr tələb olunacaq?
Xocavənd və Xocalıya köç karvanı yola salındı
Xocavənd və Xocalıya köç karvanı yola salındı
İstanbulda böyük əməliyyat: “Habertürk” və “Show TV”-yə əl qoyuldu
İstanbulda böyük əməliyyat: “Habertürk” və “Show TV”-yə əl qoyuldu
2027-ci ilin ÇL finalı harada keçiləcək? - Bakı, yoxsa Madrid?
2027-ci ilin ÇL finalı harada keçiləcək? - Bakı, yoxsa Madrid?
BMT-də Azərbaycanın bəyanatı səsləndirildi
BMT-də Azərbaycanın bəyanatı səsləndirildi
Qətəri vuran qırıcılar görün haradan havaya qalxıb: Doha hücumu ilə bağlı ŞOK FAKT
Qətəri vuran qırıcılar görün haradan havaya qalxıb: Doha hücumu ilə bağlı ŞOK FAKT
Bakıda qızılın qiyməti rekord həddə BAHALAŞDI
Bakıda qızılın qiyməti rekord həddə BAHALAŞDI