veten informasiya agentliyi

DİDK karyera sərgisində iştirak edib

Tarix:28-04-2023, 18:08
Baxış Sayı:110

DİDK karyera sərgisində iştirak edib
DİDK karyera sərgisində iştirak edib
DİDK karyera sərgisində iştirak edib
DİDK karyera sərgisində iştirak edib
DİDK karyera sərgisində iştirak edib
Aprelin 27-də ADA Universitetində tələbələrə iş və karyera imkanları təklif edən bir çox dövlət qurumunun və şirkətin iştirakı ilə 11-ci karyera sərgisi keçirilib.
Tədbiri giriş sözü ilə açan ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə bu yarmarkanın 10 ildən artıqdır ki keçirildiyini vurğulayaraq, sərgidə tələbələrə müxtəlif karyera imkanları, qısamüddətli təlimlər, könüllülük, eləcə də yay məktəblərində iştirak etmək imkanı təqdim edəcək 129 şirkət və dövlət orqanının təmsil olunduğunu söylədi.
Sonra ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal bildirdi ki, bu sərgi arzuların, yeni imkanların, ideyaların sərgisi olmaqla yanaşı, həm də gənc kadrlarla şirkətlər arasında körpü rolunu oynayacaq. ADA Universiteti Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev isə gələcək peşəkarların karyerasına fayda verməyin ADA Universiteti üçün vacib olduğunu vurğulayıb.
“Böyük dördlük”dəki şirkətlərin Azərbaycan nümayəndəliyi (“Big four companies”), Energetika, İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, bank, turizm, kommunikasiya sahəsindəki tanınmış şirkət və holdinqlər, beynəlxalq təşkilatların nümayəndəlikləri daxil olmaqla 129 şirkət və qurum təmsil olunub. Bu il 11-ci dəfə keçirilən sərgi zamanı ADA Universitetinin tələbə və məzunları şirkət və qurumların təqdim etdiyi müxtəlif karyera fürsətləri barədə ətraflı məlumat əldə ediblər.
Sərgi aprelin 10-dan başlanan “Karyera hazırlığı həftəsi”nin yekun tədbiridir. Karyera sərgisinin məqsədi tələbə və məzunları bir araya toplamaqla birbaşa şirkət nümayəndələri və kadrlar şöbəsi ilə əlaqələndirmək, onların bacarıqlarını inkişaf etdirməkdir.
Sərgidə Diasporla İş üzrə Dövlət Komitəsi də iştirak edərək, komitənin fəaliyyəti barədə tələbələrə geniş məlumatlar verilmiş, nəşr edilən kitablar, jurnallar, buklet və kataloqlar stendlə maraqlananlara təqdim edilmişdir. Komitənin stendi tələbələr tərəfindən maraqla qarşılanmışdır.

SÖZ QƏDƏR UCA, DƏRYALAR QƏDƏR DƏRİN...
SÖZ QƏDƏR UCA, DƏRYALAR QƏDƏR DƏRİN...
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon mərhələsi keçirilib
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon mərhələsi keçirilib
X-XI sinif şagirdləri ilə görüşüblər
X-XI sinif şagirdləri ilə görüşüblər
Direktorların yerdəyişməsi müsabiqəsinin müsahibə mərhələsi təşkil olunub
Direktorların yerdəyişməsi müsabiqəsinin müsahibə mərhələsi təşkil olunub
Vətənpərvərlik mövzusunda tədbir keçirilib
Vətənpərvərlik mövzusunda tədbir keçirilib
Vətəndaş məmnunluğunun təmin edilməsi əsas hədəflərimizdəndir
Vətəndaş məmnunluğunun təmin edilməsi əsas hədəflərimizdəndir
Şagirdlərimiz “Əsgərə məktub” layihəsində iştirak ediblər
Şagirdlərimiz “Əsgərə məktub” layihəsində iştirak ediblər
"Füzuli dünyası" adlı tədbir keçirilib