veten informasiya agentliyi

SÖZ QƏDƏR UCA, DƏRYALAR QƏDƏR DƏRİN...

Tarix:5-05-2024, 16:34
Baxış Sayı:16

SÖZ QƏDƏR UCA, DƏRYALAR QƏDƏR DƏRİN...


Jurnalist dostum Xeyrulla Ağayevin 65 illik yubileyinə təbrik əvəzi

... Onun özü haqqında, yaşantıları, yaratdıqları haqqında düşünəndə ilk ağlıma gələn bunlar olur: SÖZ QƏDƏR UCA, DƏRYALAR QƏDƏR DƏRİN taleli İNSAN. Hər şey dünyada məhz bu İNSANlıqdan başlayır. Heç düşünmədən bunları Xeyrulla müəllimə aid edirəm.
Bu gün bu əziz insanın doğum günüdür. Özü də şərəfli 65 illik yubileyi... İndi sosial şəbəkələrdə, internet portallarında əsas xəbərlərdən biri də Xeyrulla Dənizin 65 illik yubiley xəbərləridir. Səbəbsiz deyil, o mətbuatımızın, ədəbiyyatımızın maraqlı, oxunaqlı müəlliflərindən biridir. Xeyrulla müəllimin bütün yazılarında yaratmaq istədiyi bir obraz var – HƏQİQƏT, GERÇƏK...
Onun düşüncəsinə görə zamanın, həyatın əsl varlığı həqiqətin fonunda üzə çıxır. Bu HƏQİQƏTi, bu GERÇƏYİ var edən isə insandır. Ona görə də Xeyrulla Dənizin qələmi ilə təsvir olunan insan, sözün bütün mənalarında, böyük hərflərlə yazılan İNSANdır. Elə Xeyrulla müəllimin özü kimi. Hərdən mənə elə gəlir ki, Xeyrulla müəllim QƏLƏMLƏ YAŞADIĞI illərin hamısında, ümumi olaraq elə öz obrazını yaratmaq istəyib. Çünki yaradıcılığı və yaşantıları ilə o, ideal bir insan taleyi yaşayıb...
Jurnalist, araşdırmaçı Xeyrulla Ağayevdən danışırıq, "Neft Daşları" qəzetinin baş redaktoru, əməkdar neftçi Xeyrulla Dənizdən... Dəniz haqqında, Nefd Daşları haqqında da həmişə fəxarət hissi ilə danışıb. Bu da təsadüfi deyi. Xeyrulla müəllim həm də neft tarixinin dəyərli tədqiqatçısıdır. Azərbaycan nefti, xüsusilə Neft Daşları haqqında yazdıqları, apardığı araşdırmalar bu gün müxtəlif məqamlarda istinad mənbələridir.
BAXIN, NƏ DEYİR XEYRULLA MÜƏLLİM: Azərbaycan neft sahəsində bir neçə İLKə imza atıb. 1846-cı ildə dünyada ilk dəfə olaraq, 21 metr dərinliyində Bibiheybət neft yatağında yerləşən quyudan sənaye üsulu ilə neft çıxarılıb. Həmin ildən də Azərbaycanın neft sənayesinin inkişafı başlanır.
Heft dünyanın taleyində nə qədər rol oynayırsa, dəniz, okean neftinə gedən yolun Neft Daşlarından, o ilk quyudan başlaması da o qədər əhəmiyyətlidir. Neft Daşları Azərbaycanın dünya neft tarixinə atdığı silinməz bir imzadır.
Digər tərəfdən, Meft Daşları dünya üçün bir kadr məktəbi olub. Dünyanın hər yerində: Ərəb ölkələrində, Hind-Çin ölkələrində, Latın Amerikasında-harda neft istehsal olunursa, orda Neft Daşlarının təcrübəsindən istifadə olunub, bizim mütəxəssislərin köməyinə ehtiyac duyulub.
Az qala unutdum. XEYRULLA DƏNİZİN ÖMÜRLÜYÜNDƏN: Xeyrulla Ağayev 5 may 1959-cu ildə İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olub.
1966-1976-cı illərdə Hacıhətəmli kənd orta məktəbini, 1981-ci ildə isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu əla qiymətlərlə bitirib.
Xeyrulla müəllimin əmək fəaliyyəti çoxşaxəli və zəngindir. Müxtəlif illərdə İsmayıllı rayonu Buynuz kənd məktəbində müəllim, direktor müavini, İsmayıllı şəhər 2 saylı orta məktəbin direktoru, olub, icra strukturlarında, həmkarlar təşkilatında məsul vəzifələrdə çalışıb.
O, 1997-ci ildən taleyini Bakı şəhəri ilə bağlayıb, o vaxtdan mətbuat işçisi kimi kimi fəaliyyət göstərir. "Neft Daşları" qəzetinin baş redaktorudur. Mətbuat sahəsindəki xidmətlərinə görə, H.B.Zərdabi və "Qızıl Qələm" mükafatlarına layiq görülüb.
Xeyrulla Ağayev sonralar Xeyrulla Dəniz imzalı sevilən imza oldu. 10-dan çox publisistik kitabın müəllifi və "İsmayıllı ensiklopediyası"nın redaktorudur. Eyni zamanda "Taleyimdən razıyam". "Ömür yolu", Akademik Azad Mirzəcanzadənin həyatı və elmi fəaliyyətindən bəhs edən "Əfsanəvi insan- əfsanəvi şəhər", "Neft Daşları- gerçəkləşən əfsanə", "Şirinzadələr ocağı", "Xəzərə qovuşan ömür", qadın azadlığı uğrunda mübariz Səidə İmanzadənin həyat və mübarizəsindən bəhs edən "Nura boyanmış ömür" kitabı və s. Onlarla kitabın redaktorudur.
... 65 yaşa gəlmək ömrün böyük bir hissəsini şərəflə yaşamaq deməkdir. Əziz Xeyrulla müəllim, bu 65 ili 5 qardaşın böyüyü, yazıçı, mətbuat adamı, neftçi kimi yaşayıb. Onun yaşadığı ömrün hər anı dəyərli, hər saatı belə qiymətli olub. Bu 65 yaş Xeyrulla Ağayevin müəllim yaşı, dəniz yaşı, qələm yaşı, neftçi yaşıdır. Gör, bir ömrün içində neçə ömrün nişanəsi var. O, bu nişanələri şərəflə daşıyıb. Bu tale Xeyrulla Ağayevin alın yazısıdır bəlkə. Bunları düşünəndə qeyri-ixtiyarı yadıma bu misralar düşdü:
İnsanı əməli sevdirər bizə,
Gör, indi o kimdir, bir düşün özün.
Hər səhər, hər axşam gəlir üz-üzə.
Durub ağuşunda dənizlə sözün.
Bir az əvvəldə dediyim fikrə qayıdıram: Ömrünüz SÖZ QƏDƏR UCA, DƏRYALAR QƏDƏR DƏRİN olsun, sayğıdəyər Xeyrulla müəllim. Ömrünüzdən keçən 65 il həm də Azərbaycanın neft, söz tarixindən keçib. Sizin kimi insanların var olmağı, əslində dünyanın VAR OLMAĞI deməkdir. Çünki dünya sizin kimi kamil insanlarlın sayəsində hələ məhvərindən çıxmayıb.

Yusif MƏHƏMMƏDOĞLU
AYB-nin və AJB-nin üvzi, Prezident təqaüdçüsi,
Xəbərlər İnformasiya Agentliyinn baş redaktoru, yazıçı-jurnalist

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib