veten informasiya agentliyi

Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 2190 şəxs peşə hazırlığına cəlb edilib

Tarix:19-04-2023, 15:31
Baxış Sayı:121

Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 2190   şəxs peşə hazırlığına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin1-ci rübündə 2190 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.

Onlardan 1191 nəfəri üçün Agentliyin Bakı, Gəncə və Göyçay Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 999 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.

Kurslarda dərzi, İT üzrə texniki dəstək mütəxəssisi, nəzarətçi-xəzinədar, mühasib, xalçaçı, insan resursları mütəxəssisi, elektrik aparat və cihazlarının sazlayıcısı və s. peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunur.

Artıq 834 şəxs kursları uğurla bitirib və 780 müdavim müvafiq sahələr üzrə işlə təmin olunub. Digər şəxslərin də yeni yiyələndikləri peşələr üzrə məşğulluğuna dəstək göstərilməsi istiqamətində işlər aparılır.

SÖZ QƏDƏR UCA, DƏRYALAR QƏDƏR DƏRİN...
SÖZ QƏDƏR UCA, DƏRYALAR QƏDƏR DƏRİN...
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon mərhələsi keçirilib
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon mərhələsi keçirilib
X-XI sinif şagirdləri ilə görüşüblər
X-XI sinif şagirdləri ilə görüşüblər
Direktorların yerdəyişməsi müsabiqəsinin müsahibə mərhələsi təşkil olunub
Direktorların yerdəyişməsi müsabiqəsinin müsahibə mərhələsi təşkil olunub
Vətənpərvərlik mövzusunda tədbir keçirilib
Vətənpərvərlik mövzusunda tədbir keçirilib
Vətəndaş məmnunluğunun təmin edilməsi əsas hədəflərimizdəndir
Vətəndaş məmnunluğunun təmin edilməsi əsas hədəflərimizdəndir
Şagirdlərimiz “Əsgərə məktub” layihəsində iştirak ediblər
Şagirdlərimiz “Əsgərə məktub” layihəsində iştirak ediblər
"Füzuli dünyası" adlı tədbir keçirilib