veten informasiya agentliyi

Tbilisidə Zəfər Günü təntənə ilə qeyd edilib

Tarix:9-11-2022, 18:41
Baxış Sayı:525

Gürcüstanın paytaxtı Tbilisidə 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib.

Paytaxtın 64 saylı məktəbində baş tutan tədbir Azərbaycanlı Məktəbli Gənclər Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin, “Alyans” Gənclər Mərkəzinin rəhbərləri və üzvləri, yerli ictimaiyyətin nümayəndələri və məktəbin müəllim-şagird heyəti iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirildiyi tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra tədbirdə çıxış edən məktəbin müəllimi, “Ceyran” rəqs ansamblının rəhbəri Ceyran Qurbanova, ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyev xalqımızı və Gürcüstanda yaşayan soydaşlarımızı möhtəşəm bayram münasibətilə təbrik ediblər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi Zəfər hərb tarixində qazanılmış ən nadir qələbələrdən biri adlandırılıb. Gürcüstanda yaşayan soydaşlarımızın bu Qələbənin qazanılmasında mühüm rolu, gənc nəslin bu barədə məlumatlandırılmasının vacibliyi, Zəfər Gününün tarixi əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbirin bədii hissəsində “Ceyran” milli rəqs ansamblının üzvlərinin ifasında Azərbaycan, gürcü milli rəqsləri və Türk Marşı təqdim olunub.

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR
Musa Yaqub dünyəvi şairdir - FOTOLAR
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
Taksilərin ən bahalı olduğu şəhərlər
Taksilərin ən bahalı olduğu şəhərlər
Bu gün yağış yağacaq - PROQNOZ
Bu gün yağış yağacaq - PROQNOZ
"Qiyamət günü balığı" sahilə çıxdı - Planetimiz dəhşətli fəlakətlə üzləşəcək?
"Qiyamət günü balığı" sahilə çıxdı - Planetimiz dəhşətli fəlakətlə üzləşəcək?
İrandan Yaxın Şərq ölkələrinə ultimatum - Zərbələr endiriləcək
İrandan Yaxın Şərq ölkələrinə ultimatum - Zərbələr endiriləcək
Qızıl bazarında son vəziyyət
Qızıl bazarında son vəziyyət
Moskvaya doğru uçan 155 PUA vuruldu
Moskvaya doğru uçan 155 PUA vuruldu