veten informasiya agentliyi

Qəbul imtahanlarında keçid balı azaldılır? - RƏSMİ

Tarix:1-06-2020, 09:21
Baxış Sayı:507

Qəbul imtahanlarında keçid balı azaldılır? - RƏSMİ


“Keçid balı müsabiqə zamanı formalaşır. Müsabiqəyə buraxılma şərtləri də Nazirlər Kabineti tərəfindən tənzimlənir. Bu sənəddə də hələ heç bir dəyişiklik yoxdur”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

DİM sədri xatırladıb ki, mart ayından sonrakı tədris proqramı builki imtahanlara salınmayacaq: “Daha bir güzəşt isə 11-ci sinif şagirdləri üçün təqdim olunan test tapşırıqlarının sadələşdirilməsidir. Açıq tipli tapşırıqların sayı da azaldılıb. Başqa hansı güzəştlərin olması gözlənilir?! Məktəblilərin də psixoloji durumunun çətin olduğunu düşünmək olar. Amma mümkün qədər virtual dərslərin imkanlarından yararlana bilərdilər. Biz əlavə hər hansı güzəşt etməyəcəyik. Bir daha abituriyentlərə səslənirəm ki, imtahanlara telefonla gəlməsinlər. Əks təqdirdə onların nəticələri nəzərə alınmayacaq”.

M.Abbaszadə qeyd edib ki, buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyənlər üçün sentyabrda təkrar keçiriləcək: “Ancaq qəbul imtahanları üçün belə hal yoxdur”.

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR
Musa Yaqub dünyəvi şairdir - FOTOLAR
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
Taksilərin ən bahalı olduğu şəhərlər
Taksilərin ən bahalı olduğu şəhərlər
Bu gün yağış yağacaq - PROQNOZ
Bu gün yağış yağacaq - PROQNOZ
"Qiyamət günü balığı" sahilə çıxdı - Planetimiz dəhşətli fəlakətlə üzləşəcək?
"Qiyamət günü balığı" sahilə çıxdı - Planetimiz dəhşətli fəlakətlə üzləşəcək?
İrandan Yaxın Şərq ölkələrinə ultimatum - Zərbələr endiriləcək
İrandan Yaxın Şərq ölkələrinə ultimatum - Zərbələr endiriləcək
Qızıl bazarında son vəziyyət
Qızıl bazarında son vəziyyət
Moskvaya doğru uçan 155 PUA vuruldu
Moskvaya doğru uçan 155 PUA vuruldu