veten informasiya agentliyi

Minatəmizləmə işi bitdi: Ermənistan bu kəndin qaytarılmasına hazırlaşır

Tarix:23-04-2025, 12:54
Baxış Sayı:164

Minatəmizləmə işi bitdi: Ermənistan bu kəndin qaytarılmasına hazırlaşırErmənistanın Tavuş vilayətinin sərhəddəki yaşayış məntəqələrində demarkasiya prosesi ilə bağlı qeyri-müəyyənlik davam edir. Erməni sakinlər demarkasiya prosesinin hər an başlaya biləcəyini və müəyyən ərazilərin Azərbaycanın nəzarətinə keçəcəyini müzakirə edirlər.

Voskepar (Əskipara) sakini Mihran Maxsudyan Ermənistan mediasına açıqlamasında minatəmizləmə işlərinin başa çatdığını bildirib.

Lakin o, heç bir erməni məmurun kəndə gəlib sakinlərlə görüşmədiyini deyib.

“Ola bilsin ki, hakimiyyət sərhədin müəyyənləşdirilməsi ilə bağlı sakinlərin əhval-ruhiyyəsini yoxlamağa, əvvəlki demarkasiyaya qarşı çıxanları nəzarətə götürməyə, prosesin ictimai rəydə qəbul edilməsinə nail olmağa hazırlaşır. Minatəmizləmə işi bitib, amma hələ proses başlamayıb”, - o deyib.

Kirant kəndinin sakini Andranik Nazaryan da bildirir ki, onların kəndində də hələ sakitlikdir, amma hər kəs prosesin tezliklə başlayacağını gözləyir.

Tavuş vilayətinin sakini Karen Qazaryan daha öncə erməni KİV-lərinə açıqlamasında bildirmişdi ki, demarkasiya prosesində Yuxarı Əskipara (Qazaxın anklav olan üç kəndindən biri) kəndinin Azərbaycana qaytarılması planlaşdırılır. Ermənilər bildirir ki, bu baş verərsə, Voskepar kəndi və Lori bölgəsinin yuxarı hissəsi sərhəd olacaq, eyni zamanda, Açarkut kəndi üç tərəfdən sərhəd bölgəsinə çevriləcək.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir