veten informasiya agentliyi

Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?

Tarix:18-04-2025, 22:21
Baxış Sayı:169

Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə cari ilin birinci rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 20,3 faizi həcmində və yaxud 812,3 milyon manat vəsait istifadə olunub.

Bu barədə Maliyyə Nazirliyinin 2025-ci ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatda qeyd olunub.

Həmin vəsaitin 682,6 milyon manatı infrastruktur təyinatlı layihələrinin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 468,2 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 103,2 milyon manat, mövcud radio-televiziya yayımı stansiyalarının işinin bərpası, yeni yayım stansiyalarının qurulması, poçt və rabitə xidmətlərinin (telefon, internet, multimedia) təşkili məqsədilə infrastrukturun yaradılması, şəhərlərarası (rayonlararası) və yerli magistral telekommunikasiya xətlərinin və ərazilərdə radiomonitorinq sisteminin qurulması üçün 45,1 milyon manat, Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolunun layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi üçün 40 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisi işlərinin həyata keçirilməsi üçün 19 milyon manat və sənaye parklarının fəaliyyətinin təşkili, habelə onların ərazisində infrastrukturun yaradılması üçün 7,1 milyon manat), 109,7 milyon manatı səhiyyə, mədəniyyət və idman yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 20 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi tədbirləri üzrə xərclərə yönəldilib.

Bu evlərə “kupça”a verilməyəcək
Bu evlərə “kupça”a verilməyəcək
Bu günün havası açıqlandı
Bu günün havası açıqlandı
Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
Prezident sərgi iştirakçılarına müraciət etdi
Prezident sərgi iştirakçılarına müraciət etdi
Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
“Anklavlar olmayacaq, yollar...” - Paşinyan Əliyevlə görüşdən sonra elan etdi
“Anklavlar olmayacaq, yollar...” - Paşinyan Əliyevlə görüşdən sonra elan etdi