veten informasiya agentliyi

Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?

Tarix:15-04-2025, 15:27
Baxış Sayı:207

Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa və eyni zamanda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunu ləğv etməyə hazırdır.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bildirib. Paşinyanın sözlərinə görə, Ermənistan tərəfi Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı irəli sürdüyü gündəliyi başa düşür.

Bununla yanaşı, Ermənistan hökumətinin başçısı diqqəti ATƏT-in Minsk Qrupunun de-fakto daha geniş kontekstə malik olmasına yönəldib və bildirib ki, İrəvan əmin olmaq istəyir ki, Bakı bu addımı öz ərazisində münaqişənin bağlanması və Ermənistan ərazisinə keçirilməsi istiqamətində atılan addım kimi qiymətləndirməyəcək.

Baş nazir bəyan edib ki, Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun eyni vaxtda buraxılması ilə sülh sazişinin bağlanmasını təklif edir. O, aydınlaşdırıb ki, bu, hər iki sənədin eyni gündə imzalanması deməkdi.

Bu evlərə “kupça”a verilməyəcək
Bu evlərə “kupça”a verilməyəcək
Bu günün havası açıqlandı
Bu günün havası açıqlandı
Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
Prezident sərgi iştirakçılarına müraciət etdi
Prezident sərgi iştirakçılarına müraciət etdi
Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
“Anklavlar olmayacaq, yollar...” - Paşinyan Əliyevlə görüşdən sonra elan etdi
“Anklavlar olmayacaq, yollar...” - Paşinyan Əliyevlə görüşdən sonra elan etdi