veten informasiya agentliyi

İrəvandan şok KTMT qərarı: rəsmən imtina etdilər

Tarix:31-03-2025, 11:01
Baxış Sayı:169

İrəvandan şok KTMT qərarı: rəsmən imtina etdilərErmənistan Xarici İşlər Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə töhfə verməkdən imtina etdiyini açıqlayıb.

Bu barədə Ermənistan XİN-in açıqlamasında deyilir.

“Ermənistan tərəfi KTMT Katibliyinə “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamaqdan və müvafiq olaraq, təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan çəkindiyi barədə rəsmi məlumat verib”, - XİN-dən bildiriblər.

Beləliklə, İrəvan təşkilatda faktiki iştirakını davam etdirməyəcək.

Bir gün əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, İrəvan KTMT ilə bağlı mövqeyinə yenidən baxmağı planlaşdırmır. "KTMT ilə bağlı nəyi nəzərdən keçirməliyik? Onun olub-olmamasına KTMT baxmalıdır", - Simonyan bildirib.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir