veten informasiya agentliyi

İsrail Türkiyə ilə müharibəyə gedir: Suriya bölünməlidir

Tarix:26-02-2025, 10:50
Baxış Sayı:162

İsrail Türkiyə ilə müharibəyə gedir: Suriya bölünməlidirİsrailin xarici işlər naziri Gideon Saar Suriyanın bölünməsinə çağırış edib.

Nazir Brüsseldə keçirilən Avropa İttifaqı Xarici İşlər Nazirləri toplantısında Suriyada administrasiya dəyişikliyi ilə bağlı danışıb.

Saar Suriyadakı yeni administrasiyanı “terrorçu” elan edərək hədəfə alıb:

"Suriyada hökumət dəyişikliyi ilə bağlı söhbətlər eşidirəm. Mənə görə bu gülüncdür. Suriyada yeni hökumət İdlibdən Dəməşqi zorla ələ keçirmiş cihadçı islamçı terror qruplaşmasıdır. İslamçılar gözəl danışa bilər, amma 1979-cu ildə İslam İnqilabı başlayanda İran rejimi də belə danışırdı. Yeni liderin kim olduğunu hamı bilir."

Saar hazırkı hökumətin bölgədəki kürdlərə zərər verdiyini və nusayrilərdən qisas aldığını iddia edərək, Suriyanı parçalamağa çağırıb.

O, problemin həllinin federal quruluşdan keçdiyini əsas gətirib: “Sabit Suriya ancaq müxtəlif muxtariyyətləri özündə birləşdirən və müxtəlif həyat tərzinə hörmət edən federal Suriya ola bilər”.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir