veten informasiya agentliyi

İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?

Tarix:27-11-2024, 10:30
Baxış Sayı:190

İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?

İsrailin hərbi-siyasi kabinetinin Livanla atəşkəs sazişini təsdiqlədiyi barədə məlumat vermişdik.

İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, sənəd noyabrın 27-də Bakı vaxtı ilə səhər saat 11:00-dan 12:00-dək qüvvəyə minəcək.

“Əl Nahar” qəzeti İsrail və Livan arasındakı razılaşmanın təfərrüatlarını açıqlayıb. Razılaşma Livan ordusu hissələrinin bütün sərhədlər və keçid məntəqələri boyunca mərhələli şəkildə yerləşdirilməsini nəzərdə tutur, eyni zamanda, İsrail 60 gün ərzində öz ordusunu Livanın cənubundan tədricən sərhəd xəttinə çəkəcək.

Hər iki tərəfin razılığı ilə BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasına nəzarət etmək üçün komitə yaradılacaq. Sazişin tərəfləri öhdəliklərin pozulması halları barədə komitəyə və BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinə məlumat verəcəklər.

Şiə qruplaşması “Hizbullah” və digər silahlı qruplaşmalar İsrailə qarşı heç bir hücum hərəkəti etməməli, İsrail ordusu dənizdə, quruda və havada hərbi əməliyyatlar keçirməyəcək.

Eyni zamanda, hər iki tərəfin üzərinə götürdüyü öhdəliklər onların özünümüdafiə hüququnu ləğv etmir. Livan hökuməti qeyri-qanuni qrupların fəaliyyətinin qarşısını almaq və silah qaçaqmalçılığının qarşısını almaq öhdəliyi götürür. Silah və sursat istehsalı ilə məşğul olan bütün qanunsuz obyektlər söküləcək, ehtiyatlar müsadirə olunacaq.

ABŞ davam edən sərhəd problemlərini həll etmək üçün Livan və İsrail arasında dolayı danışıqları asanlaşdıracaq.

Canlı yayımda söyüş söydü, həbs edildi
Canlı yayımda söyüş söydü, həbs edildi
İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərildi
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərildi
Qazaxıstanda seçkilərdə iştirak faizi açıqlanıb
Qazaxıstanda seçkilərdə iştirak faizi açıqlanıb
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
“Netflix” və “eBay” Azərbaycanda vergi ödəyəcək - Qayda dəyişdi
“Netflix” və “eBay” Azərbaycanda vergi ödəyəcək - Qayda dəyişdi
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
Ağdaşda kişi arvadını və oğlunu bıçaqladı
Ağdaşda kişi arvadını və oğlunu bıçaqladı