veten informasiya agentliyi

UNICEF: Azərbaycanın Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalamasını alqışlayırıq

Tarix:11-11-2024, 22:11
Baxış Sayı:184

UNICEF: Azərbaycanın Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalamasını alqışlayırıq

UNICEF COP29 çərçivəsində Azərbaycan hökumətinin uşaqları iqlim siyasətinin mərkəzinə qoymağı öhdəsinə götürərək Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalamasın alqışlayır.

Bu barədə UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə ofisinin “X” sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

“Biz daha inklüziv, gənclərə yönəlik iqlim fəaliyyətinə doğru bu mühüm addımı alqışlayırıq. COP29 prezidentinin yeni rolunda ilk öhdəliklərindən biri olan Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzaladığı bu mühüm məqamın bir hissəsi olmaqdan qürur duyuram. Biz birlikdə uşaqları və gəncləri iqlim fəaliyyətinin mərkəzinə qoymaq üçün çalışmalıyıq”, - UNICEF-in Avropa və Mərkəzi Asiya ofisinin yeni regional direktoru Recina De Dominiçis sosial şəbəkədəki səhifəsində yazıb.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) başlanğıcında Azərbaycan Hökuməti Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayaraq iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyini götürüb. Bəyannamənin imzalanma mərasimində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri və COP29-un Prezidenti Muxtar Babayev, UNICEF-in icraçı direktoru Ketrin Rassell, COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova, yüksək səviyyəli dövlət rəsmiləri, həmçinin Azərbaycanın uşaqları və gəncləri iştirak ediblər.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir