veten informasiya agentliyi

Azərbaycan təbii qazı Türkmənistandan 150 dollara alıb, Yunanıstana 547 dollara satıb – Ölkələr üzrə siyahı

Tarix:13-04-2025, 17:14
Baxış Sayı:213

Azərbaycan təbii qazı Türkmənistandan 150 dollara alıb, Yunanıstana 547 dollara satıb – Ölkələr üzrə siyahı


Bu ilin ilk iki ayı ərzində Azərbaycan xarici ölkələrə 4 milyard 187 milyon 47 min kubmetr həcmində təbii qaz satıb.
Xaricə satılan təbii qazın ümumi dəyəri 1 milyard 550 milyon 401 min dollar olub.
Rəqəmlərdən də göründüyü kimi, ixrac olunan təbii qazın 1000 kubmetrinin gömrük dəyəri 370 dollar təşkil edib.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə ixrac olunan təbii qazın 1000 kubmetrinin gömrük dəyəri 369 dollar olub.
Qeyd edək ki, bu il təbii qazı ən baha qiymətə Yunanıstana satmışıq. Bu ölkəyə satılan 1000 kubmetr təbii qazın dəyəri 547 dollar təşkil edib. Ən ucuz qiymətə isə Gürcüstana satılıb – 1000 kubmetri 132 dollar.
Azərbaycan bu ilin ilk iki ayında təbii qazı aşağıdakı ölkələrə satıb:

Bunlardan əlavə, ötən il Azərbaycan Türkmənistandan və Rusiyadan da təbii qaz alıb. Türkmənistandan 86 milyon 839 min kubmetr qaz alınıb və bunun gömrük dəyəri 13 milyon 26 min dollar təşkil edib (1000 kubmetri 150 dollar). Rusiyadan isə 15 milyon 576 min kubmetr qaz idxal olunub, gömrük dəyəri isə 2 milyon 882 min dollar olub (1000 kubmetri 185 dollar).

Bu gün əfv olunanlardan 5-i əcnəbidir
Bu gün əfv olunanlardan 5-i əcnəbidir
Hörmüz boğazından sutkada cəmi üç gəmi keçib
Hörmüz boğazından sutkada cəmi üç gəmi keçib
Dağ-mədən sənayesi, qeyri-neft sektoru və minlərlə iş yeri - Prezidentin mesajları
Dağ-mədən sənayesi, qeyri-neft sektoru və minlərlə iş yeri - Prezidentin mesajları
Prezident sərəncam imzaladı
Prezident sərəncam imzaladı
Ağcabədidə həyat yoldaşını balta ilə qətlə yetirən şəxsə hökm oxundu
Ağcabədidə həyat yoldaşını balta ilə qətlə yetirən şəxsə hökm oxundu
Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
Kəlbəcərdəki Söyüdlü qızıl yatağında flotasiya zavodu qurulacaq
Kəlbəcərdəki Söyüdlü qızıl yatağında flotasiya zavodu qurulacaq
Yol polisindən piyadalara xəbərdarlıq
Yol polisindən piyadalara xəbərdarlıq