veten informasiya agentliyi

İstanbulda böyük yanğın - 20 rayondan yanğınsöndürən cəlb olundu

Tarix:18-02-2025, 13:06
Baxış Sayı:371

İstanbulda böyük yanğın - 20 rayondan yanğınsöndürən cəlb olunduİstanbulun Avcılar bölgəsində karton və plastik tullantıların saxlandığı emal zavodunda yanğın baş verib.

Hadisə barədə məlumat verildikdən sonra əraziyə çox sayda yanğınsöndürən və təcili tibbi yardım briqadası göndərilib.

Tahtakale məhəlləsi, Servis küçəsində yerləşən emal zavodunda başlayan yanğın yanındakı 2 digər zavoda da keçib.

Yanğın Avcılar, Başakşehir, Böyükçəkməcə və Bağcılar da daxil olmaqla 20 müxtəlif bölgədən gələn yanğınsöndürənlərin müdaxiləsi nəticəsində təxminən 6 saat ərzində söndürülüb.

Hadisə nəticəsində 3 anbarın ciddi ziyan dəydiyi müəyyən edilib.

Yanğının başvermə səbəbi ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.

Konstitusiyamız – dövlətçiliyimizin əsasıdır
Konstitusiyamız – dövlətçiliyimizin əsasıdır
Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
Azərbaycan məscidinə erməni şairin adı verildi
Azərbaycan məscidinə erməni şairin adı verildi
Bakıya nə zaman qar yağacaq? - açıqlama
Bakıya nə zaman qar yağacaq? - açıqlama
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
Dollar almaq istəyənlərin diqqətinə
Dollar almaq istəyənlərin diqqətinə