veten informasiya agentliyi

ABŞ-da təyyarə qəzası - Altı nəfərdən xəbər yoxdur

Tarix:Dünən, 08:43
Baxış Sayı:2

ABŞ-da təyyarə qəzası - Altı nəfərdən xəbər yoxdurABŞ-ın Missisipi ştatının sahilləri yaxınlığında "Cessna 210" yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Bu barədə ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) nümayəndəsi RİA Novosti-yə məlumat verib.

""Cessna 210" təyyarəsi noyabrın 24-də, çərşənbə axşamı yerli vaxtla saat 15:30 radələrində Missisipi ştatının Paskaqula şəhərindən cənub-qərbdə qəzaya uğrayıb”, – deyə qurumun məlumatında bildirilir.

Qurum təyyarənin göyərtəsində neçə nəfərin olduğunu dəqiqləşdirməyib.

Jurnalistlərin məlumatına görə, təyyarə Luiziana ştatının Nyu-Orlean şəhərindən Florida ştatının Fort-Myers şəhərinə uçuş həyata keçirirmiş. Onun göyərtəsində ikisi uşaq olmaqla altı nəfər olub. Bütün sərnişinlər itkin düşmüş hesab edilir. İlkin məlumata görə, təyyarə ilə əlaqə kəsildikdən sonra o, suya düşüb.

Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün Kəlbəcər Şəhəri Günüdür
“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı
“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı
Bu günün havası açıqlandı
Bu günün havası açıqlandı
Astronomik qışın başlama tarixi açıqlandı
Astronomik qışın başlama tarixi açıqlandı
Bəşəriyyət üçün kabusa çevrilən süni intellekt - İnsan öz yaratdığı güc qarşısında aciz qalır
Bəşəriyyət üçün kabusa çevrilən süni intellekt - İnsan öz yaratdığı güc qarşısında aciz qalır
ABŞ-da təyyarə qəzası - Altı nəfərdən xəbər yoxdur
ABŞ-da təyyarə qəzası - Altı nəfərdən xəbər yoxdur
İmmuniteti gücləndirən səkkiz tərəvəz: tərkibində nələr var?
İmmuniteti gücləndirən səkkiz tərəvəz: tərkibində nələr var?
Gündə yarım saat gəzmək orqanizmdə hansı dəyişikliklərə səbəb olur?
Gündə yarım saat gəzmək orqanizmdə hansı dəyişikliklərə səbəb olur?