Gədəbəydə 6 yaşlı oğlan yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb.
Hadisə rayonun Qaradağ kəndi ərazisində qeydə alınıb.
2020-ci il təvəllüdlü S. Həsənovu avtomobil vurub.
Azyaşlı xəstəxanalardan birinə çatdırılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı araşdırma başlanılıb.(Qafqazinfo)