veten informasiya agentliyi

Jurnalistlərin sosial şəbəkə paylaşımları da qiymətləndiriləcək

Tarix:Dünən, 11:19
Baxış Sayı:3

Jurnalistlərin sosial şəbəkə paylaşımları da qiymətləndiriləcək

Fərdi jurnalist müsabiqəsində jurnalistlərin özlərinə məxsus və idarə etdikləri rəqəmsal hesablarda paylaşdıqları materialların auditoriya ilə qarşılıqlı əlaqə göstəriciləri də qiymətləndiriləcək.

Bunu APA-ya müsahibəsində Azərbaycan Respublikası Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli deyib.

O bildirib ki, müsabiqə çərçivəsində maraqlı, ictimai əhəmiyyətli və jurnalistika standartlarına uyğun hazırlanmış materialların təqdim olunması gözlənilir.

Natiq Məmmədlinin sözlərinə görə, yeniliyə əsasən, jurnalistin müsabiqəyə təqdim etdiyi materialla bağlı fərdi rəqəmsal hesablarında yerləşdirdiyi paylaşımlar da qiymətləndirmə prosesinə daxil ediləcək.

O qeyd edib ki, burada əsas göstərici qarşılıqlı əlaqə sayıdır. Bu zaman paylaşımın topladığı bəyənmə, şərh, təkrar paylaşım (share) və saxlamaların (save) ümumi sayı hesablanacaq.

Şöbə müdiri vurğulayıb ki, bu yanaşma həm materialın peşəkar keyfiyyətini, həm də onun auditoriyaya çatdırılmasını və rəqəmsal müstəvidə yaratdığı təsiri nəzərə almağa imkan verəcək.

Azərbaycanda elektroskuterlərlə bağlı dəyişiklik
Azərbaycanda elektroskuterlərlə bağlı dəyişiklik
Jurnalistlərin sosial şəbəkə paylaşımları da qiymətləndiriləcək
Jurnalistlərin sosial şəbəkə paylaşımları da qiymətləndiriləcək
Dünyanın din xəritəsi dəyişir: Bu tarixdə müsəlmanlar xristianları üstələyəcək - ŞOK PROQNOZ
Dünyanın din xəritəsi dəyişir: Bu tarixdə müsəlmanlar xristianları üstələyəcək - ŞOK PROQNOZ
Yük maşını ilə 12 yaşlı velosipedçini vuraraq öldürdü
Yük maşını ilə 12 yaşlı velosipedçini vuraraq öldürdü
Bu şəxslərə güzəştli kreditlər veriləcək
Bu şəxslərə güzəştli kreditlər veriləcək
“Atlant”ın rəhbəri öldü
“Atlant”ın rəhbəri öldü
Səudiyyə Ərəbistanına raket və PUA zərbəsi: Hava hücumu dəf edildi
Səudiyyə Ərəbistanına raket və PUA zərbəsi: Hava hücumu dəf edildi
NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama
NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama