veten informasiya agentliyi

Bakıda ilk dəfə: Avtobuslar üçün...

Tarix:Bu gün, 10:37
Baxış Sayı:0

Bakıda ilk dəfə: Avtobuslar üçün...

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, Mərkəz tərəfindən Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetoforun quraşdırılması nəzərdə tutulub.

İlkin mərhələdə svetoforun paytaxtın Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində mövcud olan "L" tipli dirəkdə yerləşdirilməsi planlaşdırılır. Layihəyə əsasən, həmin dirəkdə "T" formalı, ağ-sarımtıl rəngli dörd dairəvi siqnalı olan xüsusi svetofor quraşdırılacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təklifi əsasında həyata keçiriləcək layihənin əsas məqsədi avtobusların onlar üçün ayrılmış xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.

Ömər Xıdırov onu da qeyd edib ki, layihənin ilkin tətbiqinin nəticələri qiymətləndirildikdən sonra bu növ svetoforların paytaxtın digər ərazilərində də quraşdırılması imkanlarına baxılacaq.

Bakıda ilk dəfə: Avtobuslar üçün...
Bakıda ilk dəfə: Avtobuslar üçün...
İstifadə müddəti bitmiş çay sağlamlıq üçün təhlükəlidirmi? - CAVAB
İstifadə müddəti bitmiş çay sağlamlıq üçün təhlükəlidirmi? - CAVAB
150 il əvvəl batmış gəminin izləri tapıldı - Dənizçilərin sağ qalma hekayəsi
150 il əvvəl batmış gəminin izləri tapıldı - Dənizçilərin sağ qalma hekayəsi
Ermənistanın neçə hərbçisi itkin düşüb? - Paşinyan Azərbaycana müraciət etdi
Ermənistanın neçə hərbçisi itkin düşüb? - Paşinyan Azərbaycana müraciət etdi
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi
Azərbaycanda yayılan virus... - Baş infeksionistdən mühüm açıqlama
Azərbaycanda yayılan virus... - Baş infeksionistdən mühüm açıqlama
Ucuz ev almaq istəyənlər bu səhvə yol verməsin! - Xəbərdarlıq
Ucuz ev almaq istəyənlər bu səhvə yol verməsin! - Xəbərdarlıq
Çin 2030-cu ilə qədər bu sahədə yeni sistem quracaq - Dünya bazarına təsiri necə olacaq?
Çin 2030-cu ilə qədər bu sahədə yeni sistem quracaq - Dünya bazarına təsiri necə olacaq?