veten informasiya agentliyi

Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq

Tarix:Dünən, 10:20
Baxış Sayı:3

Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaqAzərbaycanda mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq.

Milli Məclisdə müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, vətəndaşlardan nağdsız qaydada alınan mənzillərin təkrar satışı zamanı ƏDV-nin bütün satış qiymətindən deyil, yalnız satıcının qazancından hesablanması təklif olunur.

Daşınmaz əmlak üzrə ekspert Firdovsi Xəlilovun sözlərinə görə, bu təklifin fərqi ondadır ki, əvvəlki təşəbbüslər, adətən, qiymət artımı ilə müşayiət olunurdu. Bu dəfə isə daşınmaz əmlakın alınıb təmir edilərək yenidən satılması zamanı alış və satış qiymətləri arasındakı fərqin vergiyə cəlb olunması nəzərdə tutulur.

Ekspert deyir ki, yeni təkliflər qüvvəyə mindikdən sonra təmir və broker şirkətlərinin balanslarında olan likvid vəsaitlərin əmlak bazarına yönəldilməsi gözlənilir. Şirkətlər aldıqları əmlakı daha yüksək qiymətə satdıqları halda qiymət fərqindən vergi ödəyəcək, təmir işləri apardıqda isə xərclər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanacaq. Bununla belə, ekspert hesab edir ki, bu dəyişikliklərin ikinci əl mənzil bazarında qiymətlərin enməsinə və ya sabitləşməsinə gətirib çıxaracağı gözlənilmir. Bu qaydanın alındıqdan sonra 3 il ərzində nağdsız qaydada satılan mənzillərə şamil edilməsi nəzərdə tutulur.

Yeni vergi mexanizminin tətbiqi ilə mənzil bazarında daha əlverişli şəraitin yaradılması, satış əməliyyatlarının şəffaflığının artırılması və vergi yükünün iqtisadi mahiyyətə uyğunlaşdırılması hədəflənir. Eyni zamanda, bu yanaşmanın orta və uzunmüddətli perspektivdə vergi daxilolmalarına müsbət təsir göstərəcəyi gözlənilir.

Yük maşını ilə 12 yaşlı velosipedçini vuraraq öldürdü
Yük maşını ilə 12 yaşlı velosipedçini vuraraq öldürdü
Bu şəxslərə güzəştli kreditlər veriləcək
Bu şəxslərə güzəştli kreditlər veriləcək
“Atlant”ın rəhbəri öldü
“Atlant”ın rəhbəri öldü
Səudiyyə Ərəbistanına raket və PUA zərbəsi: Hava hücumu dəf edildi
Səudiyyə Ərəbistanına raket və PUA zərbəsi: Hava hücumu dəf edildi
NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama
NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama
Gürcüstanda matəm elan edildi
Gürcüstanda matəm elan edildi
Rektor təyin olunan Məleykə Abbaszadədən ilk açıqlama: “Böyük vədlərlə başlamaq istəməzdim”
Rektor təyin olunan Məleykə Abbaszadədən ilk açıqlama: “Böyük vədlərlə başlamaq istəməzdim”
Bakıda ilk dəfə: Avtobuslar üçün...
Bakıda ilk dəfə: Avtobuslar üçün...