veten informasiya agentliyi

İran ABŞ-ı kimyəvi silahla vuracaq? - Əraqçidən cavab gəldi

Tarix:Bu gün, 13:49
Baxış Sayı:2



İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin Vaşinqtonda kimyəvi silahdan istifadə etməyə hazırlaşması ilə bağlı yayılan məlumatları təkzib edib.

Nazir bu iddiaları “cəfəngiyat” adlandırıb.

“Son 72 saat ərzində İsrailyönlü media İranın Vaşinqtonda kimyəvi silah tətbiq etməyi planlaşdırdığı, eyni zamanda bəndlərin altında raket bazaları inşa etdiyi barədə məlumatlar yayıb. Bu, cəfəngiyatdır”, - deyə Əraqçi “X” hesabında yazıb.

O, yayılan məlumatları İraq müharibəsi dövründəki təbliğatla müqayisə edib və bu kampaniyada açıq-aşkar İsrail izinin olduğunu bildirib.

Xatırladaq ki, noyabrın 16-da CNN İranın ABŞ rəsmilərinə qarşı kimyəvi silahdan istifadə etməklə hücum planlaşdırdığı barədə məlumat yayıb. “Breitbart News”un istinad etdiyi sənədlərdə ABŞ kəşfiyyatının mümkün hücumun konkret məkanları və hədəfləri barədə məlumat əldə etdiyi iddia olunub.

DYP Samuxda baş verən qəza ilə bağlı məlumat yaydı
DYP Samuxda baş verən qəza ilə bağlı məlumat yaydı
Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələr: Almaniyadan dəstək gəldi
Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələr: Almaniyadan dəstək gəldi
İran ABŞ-ı kimyəvi silahla vuracaq? - Əraqçidən cavab gəldi
İran ABŞ-ı kimyəvi silahla vuracaq? - Əraqçidən cavab gəldi
Bu məhsullar daha 3 il ƏDV-dən azad edilir
Bu məhsullar daha 3 il ƏDV-dən azad edilir
Fransa rəsmən təsdiqlədi: Qoşunlarımız oradadır
Fransa rəsmən təsdiqlədi: Qoşunlarımız oradadır
Bu mənzillər vergidən azad ediləcək
Bu mənzillər vergidən azad ediləcək
Qazlı içkilər aksiz markasına cəlb ediləcək
Qazlı içkilər aksiz markasına cəlb ediləcək
Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı dəyişiklik təklif edildi
Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı dəyişiklik təklif edildi