![]()
İordaniyada hərbi helikopter qəzaya uğrayıb. Qəza təlim uçuşu zamanı baş verib.
Bu barədə krallığın silahlı qüvvələrinin mətbuat xidməti məlumat verib. Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir. Onlar xilasetmə əməliyyatına başlayıblar.
Bildirilir ki, qəzaya “Black Hawk” helikopteri uğrayıb. Hələlik xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib. Hadisənin dəqiq yeri də açıqlanmayıb.