"Qalatasaray"ın hücumçusu Viktor Osimhen əməliyyat olunub.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı futbolçunun əməliyyatı uğurlu keçib. Onun təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Xatırladaq ki, 27 yaşlı forvard UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Ştutqart"la matçda zədələnib.