veten informasiya agentliyi

Daha bir ölkədən nüvə silahı ilə bağlı qərar - Fövqəladə hallar baş versə...

Tarix:Bu gün, 11:04
Baxış Sayı:0



Yaponiya hökuməti fövqəladə hallar zamanı nüvə silahlarının ölkə ərazisinə gətirilməsinə rəsmi qaydada icazə verilməsi imkanını nəzərdən keçirir.

Müvafiq müddəanın qüvvədə olan üç nüvə silahından imtina prinsipini qorumaq şərtilə milli təhlükəsizlik strategiyasına daxil edilməsi mümkündür.

Söhbət nüvə silahlarının ölkəyə gətirilməsinə qoyulan qadağadan mümkün istisnadan gedir. Müzakirə olunan varianta əsasən, milli təhlükəsizliyə təhdid yaradan fövqəladə vəziyyət baş verdiyi təqdirdə Yaponiyaya nüvə silahlarının öz ərazisində yerləşdirilməsinə icazə verilə bilər.

Tokio hesab edir ki, belə bir müddəa ABŞ-la hərbi ittifaq çərçivəsində Yaponiyanın müdafiəsini təmin edən Amerikanın nüvə çətirinin effektivliyini artıracaq.

Bu yanaşmanı daha əvvəl Yaponiyanın xarici işlər naziri Katsuya Okada da səsləndirib. O, 2010-cu ildə parlamentdə çıxışı zamanı fövqəladə vəziyyətdə göyərtəsində nüvə silahı olan Amerika gəmilərinin ölkə ərazisinə buraxılması barədə qərarın həmin vaxt vəzifədə olan hər iki ölkənin hökumətləri tərəfindən qəbul edilməli olduğunu bildirib.

Həmin vaxt bu bəyanat nüvə silahından imtinanın üçüncü prinsipindən geri çəkilmək imkanı kimi qiymətləndirilib. Sonradan Yaponiya hakimiyyəti Okadanın ifadə etdiyi mövqeyi dəfələrlə təsdiqləyib.

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Daha bir ölkədən nüvə silahı ilə bağlı qərar - Fövqəladə hallar baş versə...
Daha bir ölkədən nüvə silahı ilə bağlı qərar - Fövqəladə hallar baş versə...
Ermənilərə xəbərdarlıq edildi: Rusiya bunu etsə, bir anda kəskin bahalaşma olacaq
Ermənilərə xəbərdarlıq edildi: Rusiya bunu etsə, bir anda kəskin bahalaşma olacaq
Böhranın Astanasında: Ukrayna Avropanı mənəvi və iqtisadi cəhətdən yorub
Böhranın Astanasında: Ukrayna Avropanı mənəvi və iqtisadi cəhətdən yorub
Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
Bu nazirliyə yeni səlahiyyət verildi
Bu nazirliyə yeni səlahiyyət verildi
Fransada 1,5 milyondan çox insan küçələrə çıxıb
Fransada 1,5 milyondan çox insan küçələrə çıxıb
Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təntənəli tədbir keçirilib
Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təntənəli tədbir keçirilib