veten informasiya agentliyi

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı – 200 manat verilir, əvəzində…

Tarix:Bu gün, 10:44
Baxış Sayı:2




Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəlif maliyyə əməliyyatları üçün istifadə edirlər.

Kazımovun sözlərinə görə, bankların bir bank məhsulu üzrə yalnız bir kart verməsi yanaşmasının səbəblərindən biri də məhz bu cür halların qarşısını almaqdır.

İqtisadçı Elçin Rəşidovun sözlərinə görə, bu təcrübə xüsusilə Rusiyada geniş yayılıb və hazırda Azərbaycanda da müşahidə olunur:

“Belə hallarda dələduzlar, əsasən, yaşlı insanlara yaxınlaşaraq onlardan müəyyən məbləğdə pul müqabilində bank kartı əldə etməyi xahiş edirlər. Vətəndaş isə bunun təhlükəli olduğunu düşünmədən kartı əldə edib həmin şəxsə təqdim edir. Beləliklə, insanların maliyyə savadlılığının və məlumatlılığının yetərli olmamasından sui-istifadə edilir. Bu cür dələduzluq halları ilə bağlı Azərbaycanda hələlik ayrı-ayrı faktlar qeydə alınır. Bununla bağlı maarifləndirmə işlərinin aparılması və banklar tərəfindən müəyyən qabaqlayıcı tədbirlərin görülməsi nəzərdə tutulur. Taleh Kazımov iqtisadçılarla görüşdə belə şəxslərin “dropper” adlandırıldığını qeyd etdi. Mən ilk dəfə bu termini eşidirdim”.

İqtisadçı bildirib ki, xüsusilə yaşlı vətəndaşlara kart təqdim edərkən onları mümkün təhlükələr barədə əvvəlcədən məlumatlandırması çox vacibdir:

“Bank əməkdaşları izah etməlidirlər ki, kartın başqa şəxsə verilməsi sonradan ciddi problemlərə səbəb ola bilər.

Hesab edirəm ki, banklara bu istiqamətdə mütləq müvafiq təlimat verilməlidir. Banklar vətəndaşlara kart təqdim edərkən “dropper”lər barədə məlumat verməli, onları başqalarının xahişi ilə bank kartı əldə edib təhvil verməyin mümkün nəticələri barədə xəbərdar etməlidirlər. Çünki həmin şəxslər kartları əldə etdikdən sonra onlardan sui-istifadə edir, müxtəlif maliyyə əməliyyatları aparır, kredit götürür və daha sonra yoxa çıxırlar. Nəticədə isə kartın sahibi ciddi maliyyə və hüquqi problemlərlə üzləşə bilər”.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə tədbir keçirilib
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə tədbir keçirilib
Səfirliyimiz önündə iranpərəstlər təxribata cəhd etdilər
Səfirliyimiz önündə iranpərəstlər təxribata cəhd etdilər
İrana yeni zərbə dalğası endiriləcək - Dəqiq tarix açıqlandı
İrana yeni zərbə dalğası endiriləcək - Dəqiq tarix açıqlandı
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı – 200 manat verilir, əvəzində…
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı – 200 manat verilir, əvəzində…
Rusiya ordusu Kiyevin ən güclü İstilik Elektrik Stansiyasını vurdu
Rusiya ordusu Kiyevin ən güclü İstilik Elektrik Stansiyasını vurdu
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz
Vergi Məcəlləsinə dəyişiklik olunur
Vergi Məcəlləsinə dəyişiklik olunur