veten informasiya agentliyi

Paytaxtda ölümlə nəticələnən qəza - 23 yaşlı gənc öldü

Tarix:Bu gün, 10:28
Baxış Sayı:0



Bakıda skuterin iştirakı ilə qəza olub.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu gün səhər saat 04:00 radələrində, paytaxtın Nərimanov rayonu ərazisində, Aqşin Mirzəbəylinin idarə etdiyi "Toyota" markalı avtomobillə skuter sürən Abdulla Əliyev vurulub.

Svetoforla nizamlanan piyada keçidində kobud qayda pozuntularının müşayəti ilə baş verən qəzada 23 yaşlı A.Əliyev hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha skuter və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarının həyat əhəmiyyətli olduğunu unutmamağa, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır", məlumatda deyilir.

Balıq bazarıda bahalaşma var
Balıq bazarıda bahalaşma var
Türkiyədə rusiyalıların bank hesabı açması çətinləşdi - Səbəb bəllidir
Türkiyədə rusiyalıların bank hesabı açması çətinləşdi - Səbəb bəllidir
Paytaxtda ölümlə nəticələnən qəza - 23 yaşlı gənc öldü
Paytaxtda ölümlə nəticələnən qəza - 23 yaşlı gənc öldü
Qazın qiyməti bahalaşır
Qazın qiyməti bahalaşır
Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş...
Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş...
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
Türkiyədə faciə: Qasırğa kranı aşırdı, ölənlər var
Türkiyədə faciə: Qasırğa kranı aşırdı, ölənlər var
Metro istifadəçilərinə şad xəbər: Birbaşa hərəkət bərpa olundu
Metro istifadəçilərinə şad xəbər: Birbaşa hərəkət bərpa olundu