veten informasiya agentliyi

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

Tarix:Bu gün, 11:28
Baxış Sayı:0



"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsi Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Prezident İlham Əliyev "Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərman imzalayıb.

Fərmana əsasən, TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Səhiyyə Nazirliyi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.

Sənədlə TƏBİB-in nizamnaməsinin təsdiqi, nizamnamə fondunun miqdarının müəyyənləşdirilməsi, idarəetmə organlarının yaradılması, yenidən təşkili və ləğvi səlahiyyətləri dövlət başçısına həvalə olunub. Səhiyyə Nazirliyi isə təsisçinin digər qanunla müəyyən edilmiş səlahiyyətlərini icra edəcək.

TƏBİB "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna uyğun olaraq dövlət qeydiyyatına alındığı günədək mövcud publik hüquqi şəxs fəaliyyətini sürdürəcək və onun Müşahidə Şurasının səlahiyyətlərini nazirliyin yaradacağı komissiya həyata keçirəcək.

Səhiyyə Nazirliyi TƏBİB dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində mövcud əmlakın onun balansına verilməsini təmin etməlidir. Nazirlər Kabineti isə üç ay müddətində TƏBİB-in nizamnamə layihəsi və normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir.

XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq
Narkotikin təsiri altında maşın sürən şəxs həbs edildi
Narkotikin təsiri altında maşın sürən şəxs həbs edildi
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edildi
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edildi
Din, uşaqların gələcəyi və seçim azadlığı
Din, uşaqların gələcəyi və seçim azadlığı
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi