![]()
Azərbaycanda indiyədək 328 itkin düşmüş şəxsin genetik identifikasiyası həyata keçirilib.
Bunu Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-tibb baş idarəsinin rəisi, general-mayor Rüfət Əliyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”ın ikinci günü keçirilən panel sessiyada deyib.
O bildirib ki, DTX-nin Hərbi-tibb baş idarəsinin genetik araşdırmalar mərkəzində müasir texnologiyaların tətbiqi və peşəkar kadr potensialının formalaşdırılması sayəsində etibarlı və keyfiyyətli genetik ekspertiza xidmətləri göstərilir:
“Mərkəzin fəaliyyəti itkin düşmüş şəxslərin axtarışı və kimliklərinin müəyyənləşdirilməsi prosesinə töhfə verir”.