veten informasiya agentliyi

Avropada yanacaq böhranı qapıda: Qiymətlər rekord həddə çata bilər

Tarix:29-09-2026, 12:28
Baxış Sayı:2



ABŞ-ın dizel yanacağının ixracına qadağa qoyması Avropada qiymətlərin kəskin artmasına səbəb ola bilər.

Son aylarda Avropaya idxal olunan dizelin təxminən yarısı ABŞ-ın payına düşür. Buna görə də Vaşinqtonun məhdudiyyətləri Avropa bazarında ciddi təzyiq yarada bilər.

"Argus Media" şirkətinin Avropa qiymətləri üzrə rəhbəri Benedikt Corc bildirib ki, ABŞ-ın dizel ixracını məhdudlaşdırması Avropada qiymətləri görünməmiş səviyyəyə yüksəldə bilər. Bununla belə, o qeyd edib ki, hazırda hər hansı konkret tədbir yoxdur və belə bir qərarın ümumiyyətlə qəbul edilib-edilməyəcəyi, eləcə də hansı formada həyata keçiriləcəyi məlum deyil.

Avropadakı neft treyderlərinin əksəriyyəti Vaşinqtonun bu addımı atacağına şübhə ilə yanaşır. Onların fikrincə, belə bir qadağa ABŞ-ın neft şirkətləri üçün də ciddi problemlər yarada bilər. Corcun sözlərinə görə, bu məsələ ilə bağlı səsləndirilən fikirlər əsasən maksimum iki-üç aylıq qısamüddətli tədbirdən bəhs edir.

Qeyd edək ki, Avropa dizel yanacağında idxaldan əhəmiyyətli dərəcədə asılıdır. 2025-ci ildə ABŞ-dan Avropaya tədarük gündəlik təxminən 1,2 milyon barel təşkil edib. Son illərdə bir sıra Avropa neft emalı zavodlarının aşağı gəlirlilik və ekoloji tələblər səbəbindən bağlanması, yeni istehsal güclərinin isə yaradılmaması regionun xarici tədarük məhdudiyyətlərinə həssaslığını artırıb.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir