veten informasiya agentliyi

Azərbaycanın bu ərazisində yeni şəhər yaradıla bilər - “İkinci paytaxt”

Tarix:Dünən, 10:52
Baxış Sayı:1

Sosial şəbəkələrdə universitetlərə qəbul olaraq təhsil üçün Bakıya köçən tələbələrin paylaşımları paytaxtın artan yükü ilə bağlı müzakirələri gündəmə gətirib. İstifadəçilərin bir qismi yeni tələbə axınının onsuz da həddindən artıq yüklənmiş Bakıda vəziyyəti daha da ağırlaşdıracağını düşünür.

Əhali sıxlığı, nəqliyyat, infrastruktur və şəhərsalma sahəsində artan problemlər fonunda paytaxtın mövcud imkanlarının tələbatı qarşılamaqda çətinlik çəkdiyi bildirilir.

Bəs Bakının yükünü azaltmaq üçün ayrıca komissiyanın yaradılması və paytaxtın vəziyyətinin kompleks araşdırılması effektiv addım ola bilərmi? Şəhəri həddindən artıq yüklənmədən qorumaq üçün hansı tədbirlər görülməlidir?

Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a iqtisadçı Vahid Əhmədov danışıb. O deyib ki, Bakı əhali baxımından kifayət qədər yüklənib:

“Mərkəzi şəhəri, paytaxtı bu qədər yükləmək olmaz. Artıq avtomobillərin sayı 2 milyona çatıb. Çıxış yollarından biri regionlarda iqtisadi inkişafın davam etdirilməsi, yeni iş yerlərinin açılmasıdır”.

V.Əhmədovun fikrincə, yeni bir şəhərin salınmasına ehtiyac var:

“Yaşma tərəfdə, yaxud Qaradağ istiqamətində yeni bir şəhər qurmaq olar. Bu şəhərin Bakıya yaxın olması vacibdir. Bəzi nazirliklər, universitetlər ora köçürülsün. Hətta paytaxtın mərkəzi funksiyalarının da müəyyən hissəsinin ora köçürülməsi mümkündür. Yəni müəyyən tədbirlər görməklə bu problemi həll etmək lazımdır. Əks halda vəziyyət daha da çətinləşəcək. İndi hələ dərslər başlamayıb, baxıram ki, artıq çox ciddi tıxaclar olur. Ona görə də bu, kompleks şəkildə həll olunmalı məsələdir”.

İqtisadçı bildirib ki, mütləq xüsusi komissiyanın yaradılmasına ehtiyac var:

“Ümumiyyətlə, Bakının qarşısında duran bu məsələ gələcəkdə çox ciddi problemlər yarada bilər. Nə qədər yollarda tikinti işləri aparılsa, alternativ yollar çəkilsə, yollar asfaltlansa da, bu, yenə öz bəhrəsini verməyəcək. Burada yeganə məsələ Bakıya yaxın yeni bir şəhərin qurulmasıdır. Yenə dediyim kimi, Yaşma və ya Qaradağ tərəfdə müəyyən bir şəhərin salınması və universitetlərin, müəyyən nazirliklərin ora köçürülməsi məsələsinə baxılmalıdır”.

6 saxta sayt bank kartı məlumatlarını oğurlayır - Vətəndaşlara xəbərdarlıq
6 saxta sayt bank kartı məlumatlarını oğurlayır - Vətəndaşlara xəbərdarlıq
Bakının azad olunmasından 108 il ötür
Bakının azad olunmasından 108 il ötür
Azərbaycanda Bilik Günüdür
Azərbaycanda Bilik Günüdür
Pis oxuyublar, dərsliklərə düşüblər - Uğursuz şagirdlərin böyük hekayələri
Pis oxuyublar, dərsliklərə düşüblər - Uğursuz şagirdlərin böyük hekayələri
Daşınmaz əmlak bazarında yeni vəziyyət - Payızda qiymətlər necə dəyişəcək?
Daşınmaz əmlak bazarında yeni vəziyyət - Payızda qiymətlər necə dəyişəcək?
Növbəti köç karvanı ilə 50 ailə yola salındı
Növbəti köç karvanı ilə 50 ailə yola salındı
Məktəblər və universitetlər açılır: Bakıda nəqliyyatın iş rejimi necə dəyişəcək?