veten informasiya agentliyi

Texnologiya təhlükəsi: Çin bu vətəndaşlarına ölkədən çıxışı qadağan etdi

Tarix:Dünən, 10:50
Baxış Sayı:1



Çin hakimiyyəti ölkədən çıxış və ölkəyə giriş qaydalarını sərtləşdirib.

Yeni qaydalara əsasən, texnoloji və ya milli təhlükəsizlik üçün potensial təhlükə yarada biləcəyi hesab edilən Çin vətəndaşlarının xaricə səfərinə müvəqqəti qadağa qoyula bilər.

Məhdudiyyətin müddəti 6 aydan 3 ilədək ola bilər. Buna əsas kimi ixraca nəzarət və ya texnologiyaların ötürülməsi ilə bağlı qanunvericiliyin pozulması göstərilir.

Yeni qaydalar əcnəbilərə də şamil edilir. Viza rəsmiləşdirilməsi zamanı bilərəkdən yanlış məlumat təqdim edən şəxslərin Çinə girişinə 1 ildən 5 ilədək qadağa qoyula bilər.

Qaydaların beynəlxalq səfərlərə nəzarət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirdiyi bildirilir. Xüsusilə Çinin texnologiya sektorunda çalışan çoxsaylı mütəxəssislərin olması səbəbindən dəyişikliklər Tayvanda narahatlıq doğurub.

Pekin isə yeni tədbirlərin milli təhlükəsizliyin qorunması üçün zəruri olduğunu bildirir.

6 saxta sayt bank kartı məlumatlarını oğurlayır - Vətəndaşlara xəbərdarlıq
6 saxta sayt bank kartı məlumatlarını oğurlayır - Vətəndaşlara xəbərdarlıq
Bakının azad olunmasından 108 il ötür
Bakının azad olunmasından 108 il ötür
Azərbaycanda Bilik Günüdür
Azərbaycanda Bilik Günüdür
Pis oxuyublar, dərsliklərə düşüblər - Uğursuz şagirdlərin böyük hekayələri
Pis oxuyublar, dərsliklərə düşüblər - Uğursuz şagirdlərin böyük hekayələri
Daşınmaz əmlak bazarında yeni vəziyyət - Payızda qiymətlər necə dəyişəcək?
Daşınmaz əmlak bazarında yeni vəziyyət - Payızda qiymətlər necə dəyişəcək?
Növbəti köç karvanı ilə 50 ailə yola salındı
Növbəti köç karvanı ilə 50 ailə yola salındı
Məktəblər və universitetlər açılır: Bakıda nəqliyyatın iş rejimi necə dəyişəcək?
Məktəblər və universitetlər açılır: Bakıda nəqliyyatın iş rejimi necə dəyişəcək?
Azərbaycanın bu ərazisində yeni şəhər yaradıla bilər - “İkinci paytaxt”
Azərbaycanın bu ərazisində yeni şəhər yaradıla bilər - “İkinci paytaxt”