veten informasiya agentliyi

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

Tarix:Bu gün, 11:18
Baxış Sayı:1



"Bu tip mənzillərin sayı çox deyil. Xüsusən söhbət yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan mənzillərdən gedir. Bu evlərin böyük bir qismi əvvəlki illərdə inşa edilmiş köhnə tikililərdə yerləşir".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, burada əhatə olunan kateqoriyalar da kifayət qədər məhduddur: "Söhbət əsasən birinci qrup əlilliyi olan şəxslərdən, şəhid ailələrindən və qazilərdən gedir. Nəzərə almaq lazımdır ki, şəhid ailələrinin və qazilərin mənzil təminatı dövlət tərəfindən həyata keçirilir. Bu istiqamətdə məsul qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Nazirlik tərəfindən şəhid ailələrinin və qazilərin mənzil təminatı ilə bağlı mənzil fondu formalaşdırılıb və proses hazırda da davam edir. Ötən müddət ərzində kifayət qədər çox sayda şəhid ailəsi və qazi mənzillə təmin olunub.

Yerli icra hakimiyyəti orqanları isə nisbətən aztəminatlı və əlilliyi olan şəxslərə öz sərəncamlarında olan mənzilləri təklif edə bilərlər. Lakin burada söhbət məhdud sayda mənzildən gedir. Həmin mənzillərin böyük bir hissəsi əvvəlki illərdə də vətəndaşlara təklif olunub və hazırda orada yaşayan şəxslər var.

Pulsuz, yəni heç bir ödəniş etmədən mənzil almaq hüququ isə qanunvericilikdə müəyyən edilmiş kateqoriyalara şamil olunur. Bu kateqoriyalara şəhid ailələri, qazilər, birinci qrup əlilliyi olan şəxslər, eləcə də Çernobıl qəzası nəticəsində əlilliyi yaranmış vətəndaşlar daxildir".

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir