veten informasiya agentliyi

Braziliyada alimentə görə oğlunu öldürmək istədi - ChatGPT ilə plan qurdu

Tarix:23-08-2026, 12:41
Baxış Sayı:2




Braziliyada 43 yaşlı kişi aliment ödəməmək üçün 14 yaşlı oğlunu öldürməyi planlaşdırmaqda şübhəli bilinir.
Eunapolis şəhər sakini bir neçə ay ərzində ChatGPT ilə yazışmalarında oğlunu öldürmək planının detallarını müzakirə edib.

Məlumata əsasən, kişi çat-bota planlaşdırdığı hərəkətləri ətraflı təsvir edib və onların həyata keçirilməsi ilə bağlı məsləhətlər almağa çalışıb.

Sistem təhlükəli məzmunlu mesajları qeydə aldıqdan sonra məlumat ABŞ Federal Təhqiqatlar Bürosuna (FBI) çatdırılıb. FBI isə mümkün təhlükə barədə Braziliya hüquq-mühafizə orqanlarını məlumatlandırıb. Araşdırma zamanı polis kişinin həqiqətən də oğluna qarşı cinayət törətməyi planlaşdırdığı qənaətinə gəlib. Şübhəlinin yaşadığı ünvanda axtarış aparılıb.

Kişi planını həyata keçirmədiyi üçün saxlanılmayıb, lakin faktla bağlı araşdırma davam etdirilir. Braziliya polisi hadisənin ölkədə süni intellekt sisteminin ağır cinayətin qarşısının alınmasına kömək etdiyi ilk belə hal olduğunu bildirib.

Hazırda 14 yaşlı yeniyetmənin təhlükəsiz yerdə olduğu və onun müdafiəsi üçün tədbirlərin görüldüyü qeyd edilir./Lent.az

Bu evlərə “kupça”a verilməyəcək
Bu evlərə “kupça”a verilməyəcək
Bu günün havası açıqlandı
Bu günün havası açıqlandı
Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
Prezident sərgi iştirakçılarına müraciət etdi
Prezident sərgi iştirakçılarına müraciət etdi
Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
“Anklavlar olmayacaq, yollar...” - Paşinyan Əliyevlə görüşdən sonra elan etdi
“Anklavlar olmayacaq, yollar...” - Paşinyan Əliyevlə görüşdən sonra elan etdi